Kişilərin 7 tipi

İdeal kişi necə olmalıdır?

Xanımların arzusu ROMANTIK kişi

Romantik kişini dərhal tanıyacaqsınız. O, görüşdüyü xanıma gül və şirniyyat alır, işdən evə qədər onu ötürür. Romantika dolu görüşlər təşkil edir – şam işığında yemək süfrəsi, günəşin batmasına tamaşa etmək, şer demək və s. Belə kişilərin idealı kübar, zərif, romantik istəklərini bəyənən və dəstəkləyən qadındır. Əgər siz həyata real baxan, romantikanı sevməyən, sərbəst həyat tərzi sürən, bir qədər də acıdil xanımsınızsa romantik kişi ilə münasibətiniz baş tutmayacaq. Belə ki, romantik kişilər sakit təbiətli, mehriban və incə səsli, mənalı baxışlı xanımlara üstünlük verirlər.

Xanımlar üçün SÜRPRIZ kişi

Onunla həyat gözlənilməz macəra ilə doludur. Belə kişilər çox cəld olur, gözlənilməyən qərarlar verir, müntəzəm olaraq xəbərlər və yeniliklərlə maraqlanır. Daim sizin üçün yeni əyləncələr fikirləşir. Bir sözlə onunla darıxmayacaqsınız. Onunla keçirdiyiniz görüşlər bayaramı xatırladır. Əgər siz səs-küyü, əyləncəni, macəralı həyatı deyil, sakitliyi istəyirsinizsə “sürpriz” kişi sizin yarınız deyil. Bəzi qadınlar sakit həyat tərzini, evdə oturub seriala və ya onu maraqlandıran verilişlərə baxmağı sevir ki, belə ərlə onları xoşbəxtlik gözləmir.

Ciddi görünüşü ilə cəzb edən İŞ ADAMI

O, daim məşğuldur. Onun dost – tanışları ciddi iş adamlarıdır. Günü işgüzar zənglər, danışıqlar, görüşlər, müqavilə bağlamaqla keçir. Belə kişilər etibarlı həyat yoldaşı seçirlər. Onlar evə gələndə rahat olmaq, problemlərdən uzaqlaşmaq istəyirlər. Səliqəli ev, dadlı yeməklər, mehriban həyat yoldaşı, bir sözlə ev və sevdiyi qadın onun möhkəm qəsri olmalıdır. Bütün bunlarla yanaşı təbiətcə tələbkarolan belə kişilər qadının onların zövqünə uyğun olmasını arzulayırlar. Əgər siz onun bütün bu istəklərinə cavab verirsinizsə xanımı ola bilərsiniz.

O, səni hər bir şeydən qoruyan ÇIN SƏDDINDIR.

Sakit və özünə əmin adamdır. Onun həyatı stabil, gələcəyi isə əvvəlcədən planlaşdırılıb. Qəfil və gözlənilməyən qərarlar onun təbiətinə uyğun deyil. Belə kişilər bir aydan, hətta bir ildən sonra da atacağı addımları bilir. O, heç vaxt xanımını qısqanmır, çünki özünə güvənir. Bilir ki, hər nə olsa da qadın onu həmişə arzulayacaq. Belə kişi ilə qadın problemlərin həllini düşünmür və hər məsələdə ona arxayın olur. Məsuliyyətli olan belə kişilər bütün problemləri özləri həll edir. Lakin onlar yalnız sevdiyi xanımları onların tələblərinə və istəklərinə cavab verirsə, onun problemlərini həll etməyə hazırdılar.

Səni çərçivədən çıxara bilən AZADLIĞI SEVƏN KİŞİ

Heç nə planlaşdırmır və sabah nə edəcəyini bilmir. Azadlığı sevir, məsuliyyət, problemləri isə həll etmir, onlardan qaçır. Gününü əyləncələrə həsr edir. Əgər siz sabah hara gedəcəyinizi bilmirsiniz və gələcək üçün plan tutumursunuzsa, bu kişi sizə uyğundur. O, sərbəst, heç bir qaydanı, adəti, çərçivəni gözləməyən, macəra əyləncə dalınca elə indicə qaçmağa hazır olan kişidir. Nəzərə alın ki, onunla sabahın necə olacağını da bilməyəcəksiniz. Belə kişi ilə münasibətin müsbət tərəfi isə odur ki, o, sizi darıxmağa qoymayacaq.

O, istədiyin kimi ola bilər NEQATİV DÜŞÜNƏN KİŞİ

Təəssüf olsun ki, belə kişi ilə də rastlaşa bilərsiniz. İlk baxışdan uğurlu iş adamı təəsüratı oyadan bu kişilər evdə mənfi emosiyalarını bürüzə verən insandır. O, daim neqativ düşüncələri ilə bölüşür, bununla da sizi sıxa bilər.

Amma belə kişi ilə özünüzü onun problemlərini tam anlayan ana kimi apara bilərsiniz. Onun ümidi və dayağı olaraq onu karyerada yuxarıya doğru istiqamətləndirmək, yüksək gəlir əldə etməyə ruhlandırmaq mümkündür. Sonda nəticə ilə qürur duya bilərsiniz. Axı, o, sizin dəstəyiniz olmadan bunlara nail ola bilməzdi. Lakin belə kişi ilə münasibət qurmazdan əvvəl yaxşı düşünün. Sizin bunu etməyə gücünüz çatacaqmı? İkinizin əvəzinə də hər şeyi edə biləcəksinizmi? Belə bir kişi ilə həyat qursaz öz karyeranızı unutmağa məcbur olacaqsınız.

Müvəqqəti kişi

Sadaladığımız istənilən kişi tipi altında maskalanan belə insanın fərqli cəhəti odur ki, o, sizinlə həyatının çətin anları bitənədək qalacaq. O, həyatında baş verən problemləri həll etmək və başına gələ biləcək daha yaxşı hadisələri gözləmək üçün sizinlə birlikdədir.Ola bilsin o, öz məqsədləri üçün sizdən istifadə edir və ya siz onu sadəcə sakitləşdirirsiniz. Düzdür, bu sizin ağlınıza gəlmir. O, sizi elə inandırıb ki…

Siz yaraşıqlı, işgüzar, dadlı yeməklər bişirməyi bacaran, səliqəli, mehriban və cazibədarsınız. Sizin hələ çox müsbət keyfiyyətləriniz var. Ancaq o, idealını gözləyir. Sizinlə münasibət həmişə keçid xarakterini daşıyacaq.

Belə kişi öz idealına oxşar obrazda qadın görən kimi münasibətlərinizə son qoyacaq. O, sonradan növbəti qurbanının da onun idealı olmadığını anlayıb, hətta sizin yanınıza qayıda da bilər. XANIMLAR DİQQƏT! Onu geriyə qəbul etməyin. O, sizinlə yenə də belə edə bilər. Növbəti dəfənin sonuncu olma ehtimalı daha çoxdur. Belə insanlar daim axtarışda olduğu üçün çoxlu sayda sevgi romanları yaşayır və nadir halda xoşbəxt ola bilirlər.

Aylin Kamilova

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər