- Axır çərşənbə gecəsi ürəyində niyyət tut yat. Gecə yarısı yuxudan dur və şamı yandır. Şamı götürüb güzgüyə yaxınlaş. Güzgüdə gələcək nişanlını görəcəksən. Amma gərək qorxmayasan. Qorxsan bu niyyətin baş tutmaz.
- Bu falı istənilən vaxt icra etmək olar. Yatmağa gedəndə yeddi ulduz sayırlar. Ulduzları sayandan sonra bir kəlmə də olsa, danışmaq olmaz. Bu halda öz qismətini yuxuda görürlər.
- Bayram günü hərənin adına bir şam yandırırlar. Kimin şamı tez yanıb qurtarsa, onun ömrü gödək olur.
- Saçın üstünə hərə öz adına bir buğda atır və hərə üçlükdə bir arzu tutur. Kimin buğdası tez çırtdasa, onun sevdası baş tutacaq.
- Saçın üstünə hərə öz adına bir buğda atır və hərə üçlükdə bir arzu tutur. Kimin buğdası tez çırtdasa, onun sevdası baş tutacaq.
- Düz bir yerə podnos qoyun və içinə un ələyin. Çöldə bağlı bir yerə qoyun. Səhər saat 6-dan sonra gedib baxın. Əgər unun üstünə iz düşübsə (qarışqa, qurd kimi bir şey gəzibsə) diləyiniz yerinə yetəcək.
- Almanı götürüb bütöv, yumru soyun (amma heç bir yeri qırılmasın). Daha sonra qabığı yerə atın hansı hərf formasında olsa həmin adda insanla gələcəkdə ailə həyatı quracaqsınız.
- Novruz axşamı almanı yeyib tumunu yastığın altına qoyun. Yuxunuzda kimi gorsəniz həmin insanla gələcəkdə ailə həyatı quracaqsınız.
- Bu fala ilin axır çərşənbəsi baxırlar. Özü də bu fala qızlar baxa bilərlər. Qız sakit, heç kimlə danışmadan ləyənə su tökür. Əlinə bir böyük güzgü alır. Həmin güzgüdə aya baxır. Sevdiyi oğlanın şəklini qız görərsə bu onun xeyrinədir. Demək, təzə il onun üçün uğurlu olur, mətləbi həyata keçir. Bütün bu vaxt qız danışarsa, fal düz çıxmaz.