Saç düzümü və makiyaj
Parlaq makiyaj və çox bəzəkli saçlar yüngül təbiətli qadın obrazını yarada bilər. Bu səbəbdən də sevgiliniz üçün bəzənərkən həddini aşmayın. Makiyajdan çox az istifadə etməklə cizgilərinizin gözəlliyini qabardıb qüsurlarınızı gizlədin. Saçınız isə səliqəli olmalıdır. Tellərinizi üzünüzə tökərək cizgilərinizi gizlətməyin. Boynunuzu və qulaqlarınızı açıq qoyun. Belə ki, kişilərin əksəriyyətini qadının bu hissələri həyacanlandırır.
Geyim
Kişilər qadına baxanda ilk növbədə onun geyiminə fikir verirlər. Psixoloqların apardıqları araşdırmalara görə, kişilər don və ya ətək geyinən qadınların şalvar və ya cins geyinənlərdən daha cazibədar olduqlarını düşünürlər. Odur ki, xüsusilə də ilk görüşə ətək və ya don geyinməyə çalışın.
Ətirlər
Qadından gələn pis iy onun bütün gözəlliyini öldürə bilər. Bu səbəbdən təravətli olmağa, ağız qoxunuza fikir verməyə çalışın. Bəzən elə olur ki, insan özündən gələn xoşagəlməz qoxunu hiss etmir. Ətrafdakılar isə bunu dərhal hiss edir. Bu səbəbdən də şəxsi gigiyena qaydalarına fikir vermək və ətir vurmaq lazımdır. Elə edin ki, iyiniz onu dəli etsin və o, sizin iyinizi yenə də duymaq arzusu ilə yaşasın.
Ayaqqabı
Əlbətdə ki, dikdaban ayaqqabılarda daha gözəl görünəcəksiniz. Hündür daban ayaqqabılardan ən cəzbedici görünəni isə çox nazik dabanlılardır. Kişilər idman üslubunda olan və ya altı düz ayaqqabılarda xanımların daha rahat yeridiyini desələr də, dikdaban ayaqqabı geyinən xanımdan yan keçə bilmirlər. Dikdaban ayaqqabıların sirri isə odur ki, belə ayaqqabılar yerişi daha cazibədar edir. Ayaqqabının dabanı nazik olduqca isə qadın zərif görünür. Kişilər belə qadını qorumaq istəyir. Odur ki, kişinin ürəyini fəth etmək istəyirsinizsə, dikdaban ayaqqabıda gəzməyi öyrənin.
Aylin Kamilova