Biz kimik?

Temperament – insanın elə bir anadangəlmə xüsusiyyətləridir ki, onlar intensivliyin, təsirə cavab vermə sürətinin dinamik xarakteristikalarının emosional qıcıqlanma və tarazlıq dərəcəsini, ətraf mühitə uyğunlaşma xüsusiyyətlərini şərtləndirir.

Temperament sözünün latın dilində hərfi tərcüməsi «hisslərin (qarşılıqlı) lazımi qarşılıqlı nisbəti deməkdir. Yunan həkimi Hippоkratin (V-IV əsr) yanaşmasında bildirilir ki, Temperament dedikdə insanın həm fərdi anоtоmik-fiziоlоji, həm də psiхоlоji хüsusiyyətləri nəzərdə tutmuşdur. Temperament tiplərinə Hippokratın verdiyi sanqvinik, хоlerik, fleqmatik və melanхоlik adları ilə müasir psiхоlоgiya indi də işlənilməkdədir.

Sanqvinik – Sürətlə yeriyir və tez-tez danışır,gördüyü film və oxuduğu kitab haqqında həyəcanla danışır, hər yeni bir fakta və məsələyə böyük maraq göstərir, mimikası zəngin, mütəhərrik və ifadəlidir. Onun əhvali-ruhiyyəsini, insanlara və ya obyektlərə münasibətini elə üzündən oxumaq olar. Hissləri və əhvali-ruhiyyəsi çox deyişkəndir. Bu tipə aid insanlar emosional, zirək və diribaş olurlar. O qədər zirəkdirlər ki, onları bir dəqiqə bir yerdə saxlamaq qeyri-mümkündür. Həmişə hara isə tələsirlər, gedirlər, gəlirlər. Oturaq iş onlarlıq deyil. Ətrafda olan heç nə onların diqqətindən kənarda qalmır. Hər şeyə maraq göstərirlər. Və onların maraq obyektləri tez-tez dəyişir. Psixoloqların təbirincə desək, sanqviniklərin maraqları davamsız və qeyri-sabitdir. Elə ona görə də, böyük həvəslə, coşğunluqla başladıqları işdən son dərəcə süstlüklə də əl çəkirlər.

Heç bir tip sanqvinik qədər istənilən şəraitə, vəziyyətə tez uyğunlaşa bilmir. Sanqviniklərin bu xüsusiyyətini qeyd edən psixoloqlar bir qədər mübağiləyə yol verərək, söyləyirlər ki, “sanqvinik yadplanetlilərin arasına düşsə belə, onun üçün vəziyyət elə də cansıxıcı olmayacaq. Qısa zaman ərzində onlarla dil tapacaq. Və həyatdan həzz almağı bacaracaq”. Bir sözlə, bu qəbildən olan insanlar istənilən şəraitə tez alışırlar. Son dərəcə emosinal olsalar da, yaddaşları zəifdir. Onlar üçün sanki hər şey bir anlıqdır: tez sevinib, tez də kədərlənirlər. Ancaq heç nə onları təbdən çıxarmır. Çünki sevinci də, kədəri də tez unudurlar. Bir sözlə, onlar üçün yalnız bu gün, bu saat, bu an var. Eyni zamanda bu tip insanlar təsir altına tez düşürlər. Elə buna görə də bu insanlardan bəziləri son dərəcə özbaşına, bəziləri isə bunun tam əksinə olaraq, intizamlıdır.

Xolerik – Tez-tez ucadan danışır, çox ifadəli sifəti olur, maraqları sabit və davamlıdır, çətinlik meydana cıxdıqda özünü itirmir ve böyük enerji ilə onu aradan qaldırmağa calışır. Son dərəcə coşğun xarakter. Kəmhövsələdirlər. Çox nadir hallarda “susmaq lazım gələndə birinci ol” tövsiyəsinə riayət edirlər. Həmişə istənilən məsələyə birinci reaksiya verənlər sırasındadırlar. Bu xasiyyətləri ucbatından xolerik tipli insanların başı, həmişə, necə deyərlər, qeylü-qalda olur: ətrafı ilə asanlıqla yola getmir, tez-tez münaqişəyə girirlər. Ona görə də xoleriki adətən səbirsiz, tündməcaz insan kimi tanıyırlar. İnadkardırlar. Sanqvinikdən fərqli olaraq, maraqları sabit və davamlıdır. Başladıqları işi bir qayda olaraq sona çatdırırlar. İstənilən problemlə üzləşdikdə özlərini itirmir, asanlıqla vəziyyətdən çıxış yolu tapırlar. Xolerik tipə aid olan insanlar sadiqdirlər. Ətrafına son dərəcə bağlı olduqlarına görə onlar üçün mühiti dəyişmək çox çətindir. Düşdükləri yeni mühitə uzun müddət alışa bilmirlər.

Fleqmatik – Qaradinməzdir, onlari güldürmək, həyəcanlandırmaq və ya hirsləndirmək o qədər də asan deyildir, ağlayarkən üzünün ifadəsi qətiyyən dəyişmir, yalnız axan göz yaşları onun kədərləndiyini göstərir. Hərəkətləri və yerişi ləng və astadır. Sakit, təmkinli olurlar. El arasında onlara “yerəbaxan” deyirlər. Söhbətcil deyillər. Çox çətinliklə söhbətə qoşulurlar. Heç bir tip fleqmatik qədər təmkinli deyil. Onları həyəcanlandırmaq və yaxud hirsləndirmək elə də asan məsələ deyil. Gülməli bir hadisənin şahidi olarkən, yanındakıların gülməkdən ürəkləri keçəndə, o uzaqbaşı gülümsəyəcək. Və yaxud əksinə, onu hirsləndirmək, təbdən çıxarmaq müşküldən müşküldür. İstənilən halda hamıdan gec reaksiya verir.

Bu xüsusiyyətlərinə baxmayaraq, psixoloqların fikrincə, fleqmatik tip insanlar mehriban və istiqanlıdırlar. Sadəcə, onları yaxından tanımaq üçün vaxt lazımdır. Vaxt keçdikcə alışdığı insanlara qarşı diqqətli və mehriban olurlar. Bir sözlə, onlar gec uyğunlaşdığı, alışdıqları kimi gec də unudurlar. Elə ona görə də psixoloqlar məsləhət görürlər ki, ilk baxışda qaradinməz, sakit, son dərəcə soyuqqanlı təəssürat oyadan bu insanların sadiqliyinə şübhə ilə yanaşmayaq. Həmişə rəfiqələrini, dostlarını arayan bu qəbildən olan insanlar vaxtı ilə incik düşdüyü insanlara qarşı da sayğısız yanaşmırlar.[

Melanxolik – Sakitdir. Əhvali çox cüzi təsirlərdə dəyişir, çox həssasdır, hərəkətləri süst, zəif, ağır-ağırdır. Usandırıcı danışır. Küsəyən və özünə qapalıdır. Dərin bir kədərin içində hüznlü, əziyyət çəkən, tənha, ümidsiz bir insanın olduğu vəziyyətdir. Melanxolik insanlar xoşbəxt deyillər. Tənhalığı, cəmiyyətdən uzaqlaşmağı və insanlarla soyuq münasibətdə olmağı seçirlər. Digər insanlarla yaxın münasibətdə olmağdan qaçarlar. Həyatı boş və mənasiz görürlər. Kədər, qəm, narazılıq və dəyərsizlik duyğuları içində olurlar. Melanxoliya depressiyaya çevrilə bilər və ağır depressiyanın nəticəsində özünə qəsdlə də nəticələnə bilər.

Melanxolik insan dinc ola bilmək üçün, sakit bir həyat keçirə bilmək üçün təkliyi seçir. Ancaq tək olanda da həyatla və insanlarla olan münasibətlərini hər zaman düşünmək və analiz etmək, özünü günahlandırmaq, varlığının səbəbini axtarmaq kimi səbəblərə görə heç vaxt dincliyi tapa bilmir. Darıxmaqları, sıxılmaqları heç vaxt bitməz.

Mövcud olduğu dünyaya və cəmiyyətə ayaq uydura bilmədiyini hiss edər. Bu vəziyyət bəzən onu hüzünləndirir, bəzən isə məmnunluq hissi verir. Hadisələrin, həyatın içində olmaqdansa heç bir çıxarsız, heç bir məqsədsiz bir tamaşaçı və nəzarətçi kimi kənarda qalmağı üstün tutur. Bitməyən sıxıntısı, həmişə boşluqda olmağı və hüznü onu heç çıxa bilməyəcəyi kədərə boğa bilər. Kədərini bəzən gülərək (Demokritos), bəzən ağlayaraq (Heraklitos), bəzən də susaraq (Hölderlin) üzə vururlar. Melanxolik insan həssasdır. İnsanlarla yaxşı münasibətlər qurmaq istəyə bilər. Ancaq təbii olmayan, süni münasibətlər, “saxta” kimliklər, maskalar, kobud, düşüncəsiz davranışlarla rastlaşanda qurmaq istədiyi münasibətdən əl çəkib, “öz qabığına” çəkilə bilər. Nə vaxtsa təbii, səmimi, ruhunu oxşayıb, onu “qabığından” çıxardacaq insanlarla qarşılaşmağı ümid etmək istər, amma ümidsizdir, çünki insan yaşadığı cəmiyyətdə belə insanların varlığından şübhəlidir. Düşünür ki, bir-birinə güvənməyən insanlardan ibarət bir cəmiyyətdə maskalar taxılmasa, rahat yaşamaq olmaz.

Melanxolik insan hər zaman “get-gəl” içindədir, qərarsızdır. İnsanlarla münasibətlərində hər zaman bir problem vardır. Özlərinə hormeti, “mənəm”lik əsas əlamətlərindəndir. Melanxolik insanıarda həyata qarşı maraqsızlıq, bezginlik ola bilər. Çökmüş, “sönmüş” vəziyyətdə görünə bilərlər. Gələcəyə ümidsiz olmaqla yanaşı çarəsiz və yazıq olduqlarını da düşünə bilərlər. Həyatı öz əlində tuta bilməmə, varlığın mənasını tapa bilməmə, özünü yetişdirə bilməmə qorxusu melanxoliyaya səbəb ola bilər. Özünü yetişdirmədikdə, daha doğrusu yetişdirə bilmədikdə çarəsizliyə düşürlər. Hansısa bir varlığın onunla oynadığı, ona rahatlıq vermədiyi hissi keçirib, özü belə bilmədiyi şeylərə hirslənə bilər. Ölümün qaçınılmazlığı, var olmağın, yaşamağın əksi olan “yox olamanın” olduğunu bilirlər. Ölüm, heçlik hissi yaradır. “Ölüm düşüncəsi melanxolikləri heç vaxt tərk etməz, məhz buna görə də dünyanı ən yaxşı “oxumağı” bacaranlar melanxoliklərdir”.

Melanxolik insan hər çağda içində olduğu cəmiyyətin şərtlərindən razı olmadığını, razı ola bilmədiyini, həyatda bir məna görmədiyini, cəmiyyətlə ayaqlaşa bilmədiyini, ünsiyyət qura bilmədiyini və buna görə də hər hansı (özünə məxsus) yolla öz “qabığına” çəkilərək, heç olmasa ruhunun bir hissəsi də olsa xilas etməyə çalışdığını demişdir.

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər