Qadınlar “8 mart”da nə gözləyir?

Hər bir qadın “8 mart” Beynəlxalq Qadınlar Bayramında diqqət gözləyir.

Statistikaya görə, bu bayramda qadınların 41 faizi onlara gül dəstəsinin, 36 faizi zinət əşyalarının, 27 faizi kosmetik vasitələrin, 22 faizi isə pulun hədiyyə verilməsini istəyirlər.

Qadınların az bir hissəsini, 18 faizini isə məişət əşyaları və texniki avadanlıqlar maraqlandırır. 16 faizi geyim, ayaqqabı, çanta, 12 faizi alt geyimi, 11 faizi konfet və ya şokolad, 9 faizi qab, fincan və s. hədiyyə almaq istəyir.

Ən arzuolunmaz hədiyyələr isə yumşaq oyuncaqlar və ev heyvanı hesab olunur.

Psixoloq Elnur Rüstəmovun sözlərinə görə, ümumiyyətlə, qadınlar hər zaman diqqət gözləyirlər: “Xüsusilə, “8 mart” bayramında. Hər bir xanım sevdiyi insan tərəfindən ona dəyər verilməsini, ona hədiyyələr verilməsini istəyir. Kişilərə qadınları bu əziz gündə diqqətsiz qoymamağı tövsiyyə edirəm. Ola bilsin ki, kiminsə hədiyyə almağa maddi imkanı olmasın. Ən azından bir təbrik mesajı yaza bilərlər”.

E.Rüstəmov bildirib ki, 8 mart bayramı münasibətilə kişilər dəyər verdiyi, hörmət etdiyi insanları təbrik edə bilər: “Kiminsə imkanı çatırsa, xırda hədiyyə də alıb xanımların könlünü ala bilər”, – deyə psixoloq əlavə edib ki, hər bir xanım anadır: “Qadınların bir qismi isə potensial analardır. Bizi də dünyaya onlar gətirib. Biz hər zaman onlara borcluyuq. Onlara diqqət və qayğı göstərməliyik. Bu insanlar arasında münasibətlərin tənzimlənməsinə yaxşı təsir göstərir”.

Onun dediyinə görə, ər həyat yoldaşını “8 mart” bayramı münasibətilə təbrik edirsə, bu evdəki münasibətlərin pozitiv istiqamətdə getməsinə təsir göstərir. Əgər bu kollektivdə həyata keçirilirsə, kollektivdəki münasibətlərin gözəl olmasına təsir edəcək”, – deyə Rüstəmov əlavə edib ki, xanımlar daha çox ətir və gül xoşlayırlar: “Lakin zövqlər müxtəlifdir. Hər bir qadının marağına uyğun hədiyyələr seçilməlidir”.

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər