P – Yuxu Yozumları

PAXLAVA: Yuxuda paxlava yediyini görən bir insana gözləmədiyi yerdən əlinə bir pul keçər və ya bir mirasdan hissə alar. Bir kimsənin yuxuda paxlava görməsi, müjdə ilə təbir olunur. Çünki paxlava gözəl bir təamdır. Yuxuda birinə paxlava ikram etdiyini görmək, böyük bir işə işarədir.

PALÇIQ: Palçıq – zənginlik, dedi-qodu, qızğın fəaliyyət əlamətidir. Keçilməz palçıq görmək – uyğunsuz bir zamanda insanların üzərinə çökəcək uğursuzluqlar, xəstəliklər və ağır vaxtlara işarədir. Şəhərin palçığa büründüyünü görmək – nəinki maddi çətinlik, eləcə də ölüm halların səbəb olan təbii fəlakətlərə işarədir. Palçığın içərisində qızıl qəpiklər görmək nəsillər boyu qazanılan maddiyatı sərf edən dəyərsiz bir insanın itaətinə işarədir. Yuxuda özünə palçıq sürtən insan görmək insanlara əziyyət verən və heç bir dərmanın kömək etmədiyi və insanların müalicə üçün təbii qüvvələrə sığındığı xəstəliyə işarədir. Yuxuda qabın içinə palçıq töküldüyünü görmək zənginlik və ümumi çiçəklənmə dövrünə işarədir.Quyuda təmiz su ilə birgə çöküntü, palçıq görmək – Fransanın böyük qəza nəticəsində içməli su problemi ilə qarşılaşacağına və bunun həlli üçün böyük zaman lazım olacağına işarədir. Əlindəki palçığı silmək istəmək zənginlik, işlərdə uğur və böyük pullara işarədir.Yuxuda palçığa batmısınızsa, həyatda gücsüzlük və zəifliyinizin şayiələrə səbəb olacağına işarədir. Palçığa, çirkaba düşmək – düşünülməmiş hərəkətləriniz yaxınlarınızla mübahisələrə gətirib çıxaracaq. Paltarını palçığa bulaşdırmaq dedi-qodu və mübahisələrə işarədir.Yuxuda palçıqlı ayaqqabılar ədavət və düşmənçiliyə işarədir.Ehtiyatlı olun, özünüzü münaqişəyə cəlb etməyə imkan verməyin. Palçıqla çirklənmiş paltar görmək – nüfuzunuz təhlükə altındadır.

PALID QOZASI: Yuxuda palıd qozası görmək işlərdə uğur və gələcəkdə xoş hadisələrdən xəbər verir. Yerdən palıd qozalarını yığmaq yorucu işdən sonra uğura işarədir. Əgər qadın yuxuda palıd qozaları yeyirsə, onu gərgin əməkdən sonra azad və xoş zaman gözləyir. Yuxuda palıd qozalarını ağacdan silkələmək sizin çox yaxında işlərdə və sevgidə öz məqsədinizə çatacağınıza işarədir. Böyüyən yaşıl palıd qozalarını görmək işlərinizin müsbət istiqamətə dəyişəcəyinə işarədir. Çürümüş palıd qozaları kədər və uğursuzluq deməkdir. Ağacdan yaşıl qozaları qopartmaq o deməkdir ki, tələskənliyiniz və ağılsızlığınız ucbatından əziyyət çəkəcəksiniz.

PALTAR: Sizin uğurunuz yuxuda hansı paltarı geydiyinizdən asılıdır: bütöv və təmiz yaxud çirkli və cırıq. Yuxuda çox gözəl, lakin dəbdə olmayan paltar görmək o deməkdir ki, işiniz uğurlu olacaq, lakin qiymətli ideyalara etinasız yanaşacaqsınız. Dəbədn düşmüş paltardan imtina edirsinizsə, hazırkı əhatənizdən ayrılıb yeni iş və yeni sevgi əlaqələri quracaqsınız. Bütün bunlar sizi tamamilə dəyişəcək. Yuxuda özünüz və başqaları ağ rəngdə paltar geyinibsə, bu, qəmli dəyişikliklərə işarədir. Ağpaltarlı adamla gəzmək xəstəlik və kədərə işarədir. Bu, gənc qadın və uşaqdırsa, xoş hadisələr gözləmək olar. Özünü və başqalarını görmək mübahisələr və məyusluq və azruolunmaz yol yoldaşına işarədir. Sarı paltar görmək maraqlı əyləncələr və maliyyə uğurlarına işarədir. Yuxuda gözəl sarı rəngli parça görmüsünüzsə, sizi uğur gözləyir. Yuxuda mavi paltar geyinmək enerjinizin istəklərinizin həyata keçməsinə yardım edəcəyinə işarədir. Dostlarınız sizi dəstəkləyəcək. Tünd-qırmızı, moruq rəngli paltar geyinmək vaxtında niyyətiniz dəyişməklə qorxunc düşmənlərinizdən azad olacağınıza işarədir. Yaşıl paltar görmək çiçəklənmə və xoşbəxtlik əlamətidir. Yuxuda çoxrəngli paltaralr görmək qəfil dəyişikliklər və gələcəkdə yaxşı və pisin bir-birini əvəz edəcəyinə işarədir. Yuxuda paltar əyninizə yaraşmırsa, bu, bir çox əlaqələrinizin sonunun gəldiyinə işarədir. Ola bilsin, hansısa işdə səhvə yol verəcəksiniz. Qoca kiçi və ya cavan oğlanı gözəl bir kostyumda görmək o deməkdir ki, hansısa xoşagəlməz və əziyyətli iş gözrəcəksiniz. Qadının yuxuda paltrından xoşu gəlmirsə, bu yuxu onun uğur əldə etməkdə pis rəqiblərlə qarşılaşacağına işarədir. Qadın yuxuda başqalarının paltarına heyran olubsa, belə yuxu sevgilisinin qısqanclıq şübhələrinə işarədir. Qadın yuxuda paltarının hansısa detalının itdiyini görübsə, bu ticari işlərdə maneə və sevgidə əngəllərə işarədir. Gənc qadın yuxuda özünü qara paltarda görübsə, bu yuxu qəm və kədərə işarədir. Yuxuda qadın digər qadını moruq rəngli paltar və krepdən tikilmiş matəm duvağında görübsə, bu o deməkdir ki, onun özünə tay tutmadığı bir qadın rəqibinə çevriləcək. Acı kədər onu bütün qadınlara qarşı qəzəbləndirəcək. Çirkli və cırıq paltar yalana işarədir və tanımadığınız insanlarla ünsiyyətdə ehtiyatlı olmağa çağırır. Yuxuda çoxlu, əlvan rəngli paltarlarınızın olduğunu görmüsünüzsə, bu yuxu xəbərdarlıqdır: ehtiyatlı olun, əks təqdirdə səhv hərəkətlər sizi itkilərə apara bilər. Gənc insan üçün belə yuxu ümidlərin boşa çıxmasına işarədir. Pambıqdan tikilmiş yüngül, qəşəng paltar işlərin sizin xeyrinizə olmayacağına işarədir. Yuxuda pambıq parça uğurlu nigah və ərli qadın üçün evdə rahatlıq və anlaşmaya işarədir. Yuxuda özünü paltarsız görmək adınızın ətrafında dedi-qodulara işarədir. Çox vacib şəxsi paltarsız görmək sizə dəyərli insanlar üçün kədərlənəcəyinizə işarədir.

PALTO: Yuxuda palto görmək o deməkdir ki, öz tərsliyiniz ucbatından əziyyət çəkəcəksiniz. Kimdənsə palto istəmək o deməkdir ki, başqalarının səhvləri uğursuzluqlarınıza səbəb olacaq. Yuxuda gözəl palto geyinmisiniz və yaxud baxırsınızsa, sizi istəklərinizin həyata keçməsində uğur gözləyir. Yuxuda özgə paltosunu geyindiyinizi anlamısınızsa, bu çətin vəziyyətə düşəcəyinizə və dostların köməyinə ehtiyacınız olacağına işarədir. Əyninizdəki palto cırıqdırsa,sizi böyük kədər gözləyir. Yuxuda paltonuzu itirmisinizsə, bu pis əlamətdir: Siz taleyinizi yenidən qurmalı olacaqsınız və maliyyə işlərində ehtiyatsızlığınız və sadəlövhlüyünüzə görə özünüzü lənətləyərək peşman olacaqsınız.

PAPAQ: Yuxuda bahalı papaq görmək o deməkdir ki, siz məşhur və xoşbəxt olacaqsınız. Əgər köhnə və geyinilmiş papaq görsəniz, siz öz mülkiyyətinizi başqalarına verməli olacaqsınız.

PAPAQ, ŞLYAPA: Papaq, şlyapalar nadir hallarda yozma planında xüsusi maraq daşıyır. Bir qayda olaraq, yuxuda güc və hakimiyyətin davaml hesab olunur. Qarşımızdakı şlyapasını çıxarıbsa – bu qarşıdurmaya dəvətdir. Şlyapanı kiməsə vermək – sevgi hisslərini ifadə etməkdir. Yuxuda şlyapa həmçinin keçəllışməyə işarə ola bilər.Bir çox hallarda şlyapa bir hadisəni sadəcə xatırlama əlaməti ola bilər.Məsələn, peşəkar komandaların idman yarışları və.s

PARİK: Yuxuda parik taxmısınızsa, bu, yaxın günlərdə edəcəyiniz dəyişikliklərin sizə uğur gətirməyəcəyinə işarədir. Parik itirmək o deməkdir ki, düşmənlərinizin kinayə və nifrətinə tuş gələcəksiniz. Başqa adamları parikdə görmək – sizi əhatə edən xəyanətə işarədir.

PAVİLYON: Sıxıntı,kədərə işarədir; pavilyonda olmaq – gizli məhəbbətə işarədir.

PAXILLIQ ETMƏK: Yuxuda başqalarına paxıllıq etmək o deməkdir ki, siz xoş rəftarınız və xeyirxah işlərinizlə yeni dostların rəğbətini qazana biləcəksiniz. Əgər yuxuda kimsə sizə paxıllıq edirsə, real həyatda problemlərinizi ürəyinə yaxın qəbul edən dostlarınızla sizin aranızda anlaşılmazlıq gözlənilir.

Paxıllıq etmək – səylə məqsədinə nail olmaq; paxıllığa məruz qalmaq – rifah, müvəffəqiyyətə işarədir.

PAXLA: Bu pis yuxudur. Böyüyən paxla görmək qəm, qüssə, uşaqların xəstəliyi deməkdir. Qurudulmuş paxlalar bir çox işlərdə dərin hüzn mənasını verir. Ola bilsin, yaxın zamanlarda ailənizdə və əhatənizdə xəstəliklər müşahidə olunsun. Yuxuda paxla yeyirsinizsə, bu o deməkdir ki, çox yaxın dostunuz xəstələnəcək və ya onu uğursuzluqlar gözləyir.

PAYIZ: Yuxuda qadın payız fəslindədirsə, bu yuxu başqaları ilə aparılan bir çox mübarizədən sonra mal-mülkü alacağına işarədir. Qadın yuxuda ərə getməyə hazırlaşırsa, bu, xoşbəxt evlilik və şən ev, uğurlu sevgi əlamətidir.

PEYİN: Peyin görmək – yaxşı işə işarədir; tarlaya səpmək – uğur,müvəffəqiyyətiniz artacaq; peyin yükləmək – etibarsız dostlar tərəfindən alçalmaya işarədir; üstünə peyin səpilmək – bədbəxtlik əlamətidir; inək peyini – sağlamlıqdan xəbər verir.

PİRAMİDA: Piramida gizlilik və hakimiyyəti təcəssüm etdirən tikilidir. Ənənəvi olaraq onlara universal imkanlar aid edilirdi. Piramida həmçinin fallik rəmz, kişilik, yaradıcılıq rəmzi və ya problemi həll etmək imkanı ola bilər.O ekzotikaya can atmanı təcəssüm etdirə bilər. Yuxuda piramidanın içərisinə girmisiniz, onun divarlarına dırmaşırsınız və ya yaxınlığında gəzirsiniz? Bu möhtəşəm obyektin yaxınlığında kiminləsiniz və sizin bu insanla münasibətləriniz necədir?

PİROQ: Yuxuda piroq yemisinizsə, düşmənlərinizin hərəkətlərinə diqqət yetirin, belə ki, onalr sizə ziyan yetirməyə hazırlaşırlar. Yuxuda qız piroq hazırlayıbsa, bu o deməkdir ki, o, kişilərə naz edəcək. Bu yuxu onun üçün xəbərdarlıq sayılır.

PİŞİK: Yuxuda pişik görmək uğursuzluqdur. Əgər pişik üstünüzə atılırsa, sizi məhv etmək üçün əlindən gələni əsirgəməyən düşmənləriniz olacaq. Pişiyi qovursunuzsa, dalınca qaçırsınızsa, yaxşı əlamətdir. Böyük maneələri aradan qaldıraraq taleyiniz üzünüzə güləcək. Yuxunuza arıq, çirkli pişik giribsə, səfeh xəbərlər gözləyin. Dostlarınızdan kimsə ağır xəstədir, lakin yuxuda pişiyi qovub rədd etməyə müvəffəq olursunuzsa, dostunuz sağalacaq. Pişiklərin miyoldaması, ciyiltisini eşitmək sizə pislik etmək istəyən yalançı dostunuzun olduğuna işarədir. Yuxuda pişik sizi cırmaqlayıbsa, uzun müddət çalışdığınız işdən gələn gəliri düşmənləriniz əlinizdən alacaq. Gənc qadın yuxuda əlində pişik və ya pişik balası tutubsa, hansısa çirkin işə cəlb olunacaq. Yuxuda təmiz, ağ pişik görmək qeyri-müəyyənlik, dolaşıqlıq, vəziyyətinizin pisləşəcəyinə işarədir. Yuxuda ticarətçi pişik görübsə, maksimal dərəcədə çalışmalıdır ki, rəqibləri onun işlərini pozmasın. Əlindən gələni etməlidir ki, uğur əldə etsin. Yuxuda ilanla pişiyin dostlaşdığını görmək qızğın mübarizənin başlanğıcına işarədir. Bu o deməkdir ki, hansısa sirri açmaq, hansısa məqsədlər üçün düşməninizə yardım edirsiniz. Ondan aldığınız məlumatın doğruluğuna inanmayaraq onlardan imtina edəcəksiniz, belə ki, gizli həyatınızın təfsilatları qeybət, dedi-qodu obyektinə çevrilə bilər.

Yuxuda pişik tutmusunuzsa, bu, arzularınızın həyata keçəcəyinə işarədir. Himayəçi və müdafiəçi qazanacaqsınız.

Pişik – mənfi qüvvələr, əcinnələr, ziyarətgahlar, uğur işarəsidir.Yuxuda şəhərdə yol boyu gedən pişik görmək o deməkdir ki, bəşəriyyətə müdriklik gətirən dahi insanın peyda olmasından əvvəl insanlar əlamət kimi pişik və digər heyvanları tanıyacaqlar. Yuxuda şir ölçüsündə pişik görmək o deməkdir ki, əmin-amanlığınız heyvanlarla münasibətdə düşünülmüş siyasətdən asılıdır. Qırmızı gözlü qara pişik görmək 2023-cü ili xarakterizə edən qanlı münaqişələrə səbəb olan məkrli niyyətlərdən xəbər verir. Siçan cildində pişik görmək 2008-ci ilin hadisələri 2011-ci ildə başa çatacaq qisas,hesablaşmalara gətirib çıxaracaq. Pişiyi təsadüfən öldürmək o deməkdir ki, 2045-ci ildə Misirdə beynəlxalq təhlükəli cinayətkar tutulacaq. Pişiklərlə dolu şəhər görmək – ekoloji böhran, quraqlıq,aclıqdan xəbər verir. Yuxuda pişiklərlə dolu səbət görmək on ilədn sonra hakimiyyətə ilahiləşdiriləcək güclü bir insanın gələcəyinə işarədir. Bu dövrü demokratiya və müstəqillik dövrü adlandırmaq olar. Müqəvva pişiklər sərgisini görmək – axirətə inanan insanlara rəsmi şəkildə divan tutulmasına işarədir. Böyük bir itin üzərinə hücum edən pişik sürüsü görmək 2018-ci ildə mənfi və müsbət qüvvələr arasında böyük qarşıdurma olacağına işarədir. Yuxuda tələyə düşmüş zolaqlı pişik görmək Allah tərəfindən göndərilmiş, tanınmayan bir adamın qəsdən öldürüləcəyinə işarədir.Yaşıl gözlü qırmızı-sarı pişik görmək Yaponiya ənənələri ilə bağlı Yaponiya və digər ölkələr arasında münasibətlərin kəskinləşməsinə səbəb olan hadisələrə işarədir.Rəngli lentlərlə bəzədilmiş bir cüt pişik görmək – 2047-ci ildə həmin dövrə qədər əməkdaşlıq etməmiş ölkələr və xalqları birləşdirəcək hadisə baş verəcək. Yuxuda pişiyin gümüşü fincandan şərab dağıtdığını görmək 2011-ci ildə gərgin əmək və qanunvericiliyə uyğun həyat tərzinin nəticəsi olaraq uğur və çiçəklənmə simvoludur.

PİŞİK BALASI: Yuxuda qadın yumşaq, ağ, qəşəng pişik balası görübsə, bu onun hiylə yolu ilə ona qarşı qurulmuş tələyə asanlıqla düşəcəyinə, lakin ağlı, sağlam dərrakəsi ilə xoşagəlməz vəziyyətdən çıxacağına işarədir. Əgər pişik arıq, alabəzək və çirklidirsə, yuxunu görən qadın həyatda çirkin bir əməlin qurbanı olacaq. Pişik balaları görmək xırda xoşagəlməz hadisələr və qıcıqlanmalara işarədir, lakin yuxuda pişiyi öldürdükdən sonra işləriniz qaydaya düşəcək, tale üzünüzə nəhayət ki güləcək. Yuxuda pişik öldürən ilan görmək o deməkdir ki, sizə zərər vermək istəyən düşmənləriniz son nəticədə özlərinə zərər vuracaqlar.

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər