S – Yuxu Yozumları

SAAT: Sizi aldatmaq istəyirlər.

Cib saatı – gözəl ailə münasibətlərinə işarədir; tapmaq – son dərəcə dəqiq olmalısınız; qızıl saat- sizi yaxın tanışlarınız oğurlayacaq; işləməyən saat – boş yerə vaxtınızı itirirsiniz; hədiyyə vermək- özünüzü aldadırsınız; böyük səsli saat – yadda saxlayın ki, vaxt qızıldır; sındırmaq – xoşagəlməz hadisə gözlənilir; qurulmamış saat- uzaq tanışınızın ölümünə işarədir.

Yuxuda qədim saatlara baxmaq o deməkdir ki, gələcəkdə keçmişdə etdiyiniz səhvlərə görə çox peşman olacaqsınız. Ola bilsin ki, belə yuxu böyüklərinizin, əcdadlarınızın etdiyi səhvlərə görə utanacağınıza işarədir. Yuxuda divar saatı görmək o deməkdir ki, gələcəkdə həyatınızı köklü şəkildə dəyişəcək nə isə baş verəcək. Yuxuda qol saatı görmək – planlaşdırdığınızın işi həyata keçirməyə imkan tapmayacağınıza işarədir. Ola bilsin ki, bu yuxu hazırda ölkənizi idarə edən şəxsin bir sıra islahatlar və layihələri həyata keçirməyə müvəffəq olmayacaq. Yuxuda vaxtı siferblatı olmayan saatla müəyyən etmək pis əlamətdir. Başınıza qeyri-adi hadisə gələcək və sizi çox məyus edəcək. Yuxuda saatın səsini eşitmək o deməkdir ki, yaxınlarınızdan kiminsə sizin yardımınıza çox ehtiyacı var. Bu kömək nə qədər tez edilərsə, bir o qədər yaxşı olar.

Yuxuda qədim saat görmək öz keçmişiniz haqda düşünməyin vaxtı çatdığına işarədir: Siz ləyaqətləmi yaşamısınız, yaxşı və ya pis əməllər törtəmisiniz, Yer üzündə özünüzdən sonra hansı iz qoyacaqsınız. Yuxuda divar saatı görmək o deməkdir ki, siz qətiyyən öz həyatınız qiymətləndirmirsiniz. Yadda saxlayın ki. həyat əbədi deyil, ona görə də onun sizin yanınızdan ötüb keçməyinə yol verməyin. Qol saatı görmək həyatınızda vacib hadisənin baş verməsinə çox az vaxt qalıb. Yuxuda siferblatı olmayan saatla vaxtı müəyyən etmək ciddi təhlüəkəyə işarədir. Belə yuxu böyük facikədən xəbər verir. Siz ona yalnız Allaha kömək üçün müraciət etməklə tab gətirə bilərsiniz. Yuxuda saat tıqqıltısı eşitmək həyatınızın hələ uzun müddət yoluna düşməyəcəyinə işarədir. Sizə elə gələcək ki, Alalh sizdən üz döndərib. Lakin bu belə deyil, sadəcə olaraq sülh, sakitlik və xoşbəxtliyə çatmaq üçün bir çox sınaqlardan keçmək sizin qismətinizə yazılıb.

SAÇ: Əgər qadın yuxuda öz gözəl saçlarını darayırsa, bu, onun sonradan peşman olduğu yüngül hərəkətlərə işarədir. Kişi yuxuda saçlarını görürsə, uğursuzluq və bədbəxtliyə işarədir. Saçlarının ağararaq tökülməsi qəm, qüssə əlamətidir. Saçlarını yığılmış şəkildə, örtülü görmək bağışlanma və mülayimliyə işarədir. Əgər belə yuxunu qadın görübsə, özünə böyük diqqət ayıracaq. Əgər yuxuda qara, buruq saçlarınız varsa, sizə sevgi tələsi gözlənilir. Qızılı saçlar mərdlik və sevgilinizin şücaətindən xəbər verir. Şabalıdı saçlar uğursuzluq əlaməti hesab olunur. Yuxuda gözəl saç düzümündə olmaq işlərinizin müsbət istiqamətə dəyişəcəyinə işarədir. Yumşaq, həcmli saçlar hüdudsuz xoşbəxtliyə işarədir. Əgər qadın yuxuda saçlarını, eyni zamanda, həm tünd, həm də işıqlı görürsə, bu, ehtiyatlı olmağa və seçimində böyük şübhələrə xəbərdarlıqdır.Yığılmamış, səliqəsiz saçlar uğursuzluğa işarədir. Saçı ağarmış insanlar görmək xoşagəlməz dəyişikliklər və sevgililər üçün rəqiblərin yaranacağına işarədir. Saçların tökülməsi də yaxşı əlamət deyil. Həmçinin, qar kimi ağappaq saçlar təsəlliverici xəbərlər, səyahət və görüşlər vəd edir. Yuxuda kiminsə saçlarını tumarlamaq sevgidə uğur əlamətidir. Saçlarında güllər olmaq cüzi xoşagəlməz hadisələrə işarədir. Əgər qadın saçının ağ çiçəklərlə örtüldüyünü görübsə, bu o deməkdir ki, öz iradəsini möhkəmləndirməli və özünü çox da uzun sürməyəcək ağır iztirablara hazırlamalıdır. Ağarmış saç və gənc üz görəndə ehtiyatlı olmazsanız, mümkün itki və xəstəliklər xoşagəlməz hadisələrə işarədir.

SALAT: Görmək – faydalı işlə məşğul olacaqsınız; yemək – xoşbəxt gələcəyə işarədir.

SANCAQ: Yuxuda sancaq görmək ailə münaqişələri və çəkişmələrindən xəbər verir. Gənc qadına belə yuxu sevgilisinin onunla kobud rəftar edəcəyinə işarədir. Əgər yuxuda sancaq udmusunuzsa, real həyatda hansısa fövqəladə vəziyyətlər sizi riskli şərtlər qəbul etməyə məcbur edəcək. Yuxuda sancaq itirmək itki və davaların olacağına işarədir. Əyilmiş və paslanmış sancaq o deməkdir ki, sizin yüngül hərəkətiniz hörmətdən düşməyinizə səbəb olacaq. Əgər sancaq bədəninizə batırsa, bu, kiminsə sizin əsəblərinizə toxunacağına işarədir.

SAPFİR (GÖY YAQUT): Sapfir – inam,sülh və uğur rəmzidir. Sapfir gördüyünüz yuxular müvafiq olaraq həyatınızda saydığımız bu atributları qazanmağa işarədir. Yuxunun mənası sapfiri özünüzün tapması yaxud onu sizə digər şəxsin verməsi ilə yozulur. Sapfiri özünüz tapmısınızsa, bu,real həyatınızda çatışmayan mənəvi rahatlıq və sülh axtarışlarına işarədir.Onu sizə gətiriblərsə bu o deməkdir ki, həyatın özü mənəvi nəsihətlər, rəhbərlik və idarəetmə tələb edir.

SAPLAMAQ (nəyisə): Yuxuda sap görmək o deməkdir ki, həyatınızdakı çətinliklər uzaqdadır. Qırılmış sap – dostlarınızın xainliyi ucbatından sizi bədbəxtliklər gözlədiyinə işarədir.

SAQQAL: Yuxuda saqqal görmək – o deməkdir ki, sizi hakimiyyət uğrunda mübarizə gözləyir və çox güman ki, bu mübarizədə itkiləriniz olacaq. Ağ saqqal uğursuzluq və uzumüddətli xəstəliyə işarədir. Saqqallı qadın görmək xoşagəlməz görüşlər və uzun sürən xəstəlik deməkdir. Yuxuda saqqalı daramaq və naz çəkmək o deməkdir ki, sizin şöhrət və məğrurluğunuz, xoşbəxtliyiniz artacaq, lakin əvvəlki dostlarınız üçün o qədər də xoşagələn olmayacaqsınız. Əgər gənc qadın yuxuda saqqalını darayırsa, bu yuxu onun uğursuz evlilik quracağına işarədir.

SAQQIZ: Yuxuda saqqız çeynəyən adam görmək nahaq yerə təhqirə məruz qalmaq deməkdir. Belə yuxu dostunuzun sizə qarşı şərəfsiz hərəkətinə işarədir. Saqqızın üstünə tapdalamaq halal olmayan bir işə qoşulmaqdır. Qadın belə yuxu görübsə, o yalançı bir adama etibar edəcək. Yuxuda saqqız çeynəyərək onun dadından zövq alırsınızsa, real həyatda öz ambisiyalarınıza görə dostlarınızı itirə bilərsiniz. Saqqızı dartıb uzatmaq işlərinizdə qarışıqlığa düşəcəyinizə işarədir. Əgər saqqızı dartdığınız anda o qırılırsa, vacib işi gördüyünüz vaxt ciddi maneə ilə qarşılaşacaqsınız. Saqqızı şişirtmək boş ümidlərlə özünü ovundurmaq, vaxtını boş yerə xərcləmək və işlərin real vəziyyətindən xəbərsiz olmaq deməkdir.

SARAY: Yuxuda sarayda gəzmək və orada heç bir təmtəraqlı bir şey tapmamaq perspektivlərin əhəmiyyətli dərəcədə artacağına və yeni ad qazanacağınıza işarədir. Yuxuda söhbət və rəqs edən gözəl qadın və kişilər görmək o deməkdir ki, siz gəlirli və xoş bir mühitə düşəcəksiniz.Gənc qadın yuxuda parlaq əyləncələrin iştirakçısıdırsa, o, cəmiyyətdə evliliyi və qohumlarının müdrikliyi sayəsində uğurlar qazanacaq. Belə yuxulardan sonra gənc qadın vicdanla işləyərək və yalançı ambisiyalardan qaçaraq anasının və dostlarının etibarlı məsləhətlərinə qulaq asmağa çalışmalıdır.

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər