Respublikanın baş travmatoloqu, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktoru Vaqif Verdiyev Milli.Az-a açıqlamasında bildirdi ki, hələlik şəxsiyyəti məlum olmayan yaralı bir anlıq özünə gəlib, sonra yenə onunla əlaqə kəsilib.
Bir neçə saniyə ərzində ayıq olan xəstə yalnız özünü öldürmək istədiyini deyə bilib. Adını da desə də, nə demək istədiyi anlaşılmayıb.
Direktorun sözlərinə görə, hazırda xəstə ayılmayıb, yaxınlarının gəlməsi gözlənilir. Yaralının qolu amputasiya olunub, dili qopub və yerinə tikilib.
Xatırladaq ki, martın 5-də saat 17 radələrində “Ulduz” sytansiyasında 20-25 yaşlarında kişi qatarın perrona girişi zamanı özünü relsin üzərinə atıb. Hadisə nəticəsində gənc ağır bədən xəsarəti alıb. Onun sağ qolunun bir hissəsi bədənindən ayırılıb.
Nərimanov Rayon Prokurorluğundan da Milli.Az-a bildirildi ki, intihara cəhd edən şəxsi ayılmadığından dindirmək mümkün olmayıb.
Psixiatr Denis Rzayevin sözlərinə görə, intihar hansısa problemi həll etmək əvəzinə seçilən addım, cəzalanmaqdan və rüsvay olmaqdan qurtulmaq, təhqir və ümidsizliyə son qoymaq, unuda bilmədiyi kədərdən qaçmaq üçün atılan addımdır.
D.Rzayev bildirib ki, hər il intihar bir çox insanların seçiminə çevrilir. Ən təhlükəlisi isə odur ki, intihar cavanlaşır, uşaq və yeniyetmələrin də həyatına son qoyur. Bu səbəbdən də yeniyetmələr belə intiharın nə olduğunu və onunla necə mübarizə aparacağını bilməlidirlər.
Əgər tanıdığınız kimsə intihar etmək istəyirsə və siz ona kömək etmək fikrindəsinizsə, ilk növbədə sui-qəsd barədə ətraflı öyrənin.