Ən geniş yayılmış sevgi tipologiyalarına Dimitri Li tərəfindən irəli sürülmüş tipologiya nəzəriyyəsi daxildir. Nəzəriyyədə irəli sürülən tipologiyalar təxminən 807 nəfər arasında aparılan tədqiqatlar əsasında sübuta yetirilmişdir. Beləliklə, aşağıdakı növ tiplər göstərilir:
Eros – ehtiraslı, yalnız əylancə məqsədli intriqa oyunu, tam fiziki yaxınlaşmaya meyllik. Lyudus – gedonostik oyun-sevgi, heç də daimi olmayan müvəqqəti xarakter daşıyır, xəyanətə meyllik.
Storqe – sakit, etibarlı və xoş dostluq -sevgi tipi. Maniya – eros və lyudusun birləşməsindən əmələ gəlib. İrrasional sevgi, sevgi obyektindən asılı olmağa meyllik, inamsızlıq və asılılıq nümayiş göstərən tip.
Praqma – lyudus və storqe tiplərinin birləşməsindən təşkil olunub. Şüurlu şəkildə idarə olunan, hesablı sevgi tipi.
Aqape – eros və storqenin sintezi, təmənnasız sevgi, özünü qurban tipi. Belə fərz olunur ki, qadınlar üçün daha çox storqi, praqmatik və maniakal tip sevgilər mövcuddur. Kişilər üçün isə daha çox eros və lyudus sevgi tipləri xarakterikdir.
Eyni zamanda Robert Sternberq tərəfindən irəli sürülən üçkomponentli sevgi konsepsiyası da geniş yayılmışdır. Sternberqə görə insan doğulduğu andan etibarən üç əsas xüsusiyyətə sahib olur: intimlik, ehtiras və qərarlılıq.
İntimlik, yaxud da psixoloji yaxınlıq hissi – başqa bir insana qarşı səmimi yaxınlıq və meyl.
Qərarlılıq- sevdiyi insanın qayğısına qalmaq, ümumi maraqlar və zövqlərin yaxınlığının təşkili istiqamətdə həyat fəaliyyəti.
Ehtiras – fiziki yaxınlığa sövq edən meyllikdir, eyni zamanda bura özünə qayğı, özünə hörmət hissinin təlabatı, müdafiə olunmaq hissi və aid olmaq hissi də daxildir.