“Narınc Uşaq Psixologiya” Mərkəzinin yeni filialı açıldı

Dəyərli Valideynlər!
Zaman sürətlə dəyişir. Bu dəyişiklik həyatımızda fiziki sağlamlıqla paralel psixoloji sağlamlığı da zərurətə çevirdi. İllərdi psixoloji sağlamlıq istiqamətində sizlərin xidmətindəyik. Psixologiya və Konsultasiya Mərkəzi olaraq qurduğumuz məkan, bir müddət sonra sizin etimadınıza güvənərək uşaq psixologiya sahəsini ayrıca – Narınc Uşaq Psixologiya Mərkəzi olaraq ixtiyarınızaverdi. Etimad göstərdiniz-doğrultmağa çalışdıq. Hər bir uşağa öz övladımız kimi yanaşdıq, diqqət göstərdik. Göstərdiyimiz xidmətin sizin üçün əlçatan olması üçün yorulmadan çalışdıq. Bir an belə dayanmadıq. Çünki sevginizi heç bir zaman bizdən əsirgəmədiniz. Buna görə də bir daha Sizjərə minnətdarlığımızı bildiririk. Bu gün isə Narınc Uşaq Psixologiya Mərkəzinin filialını – Nizami rayon filialını (Nizami rayonu, Qara Qarayev küç 57/59 (Xalqlar Dostluğu metrosunun yaxınlığında) ixtiyarınıza veririk. İnanırıq ki, bu Mərkəzimiz də Sizin göstərdiyiniz etimadı doğruldacaq. Sizin İnamınız, Bizim uğurumuzdur.
Uğurunuz mübarək!
Açılış 02.04.2014-cü il tarixində Nizami ray, Qara Qarayev 57/59 (Xalqlar Dostluğu metrosunun yaxınlığında) ünvanında yerləşən Narınc Uşaq Psixologiya Mərkəzində baş tutacaq. Hər biriniz bizim üçün Dəyərlisiniz və Dəvətlisiniz!
Onu da qeyd edək ki, 2 aprel tarixində tədbirimizdə iştirak edib qeydiyyata yazılan hər kəs 1 həftə ərzində ödənişsiz psixoloji müayinədən keçə biləcək.

Tel: (012) 480 47 81
Mob: (055) 258 27 00

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər