Mükəmməlliyyətçi insanlar ən yüksək mərtəbəyə çatmalı və heç vaxt səhv etməməli olduqlarına inanan insanlardır. Bu ilk baxışda müsbət bir xüsusiyyət kimi görünsə, də əslində çox narahatlıq yaradan bir xüsusiyyətdir. Mükəmməlliyətçi insanlar davranışları ilə özlərinə zərər verdiklərinin fərqində olmurlar. Mükəmməlliyətçi insanlar yüksək gözləntilərinə görə şəxslərarası münasibətlərində də çətinliklər yaşayırlar. Bəs əslində mükəmməlliyətçilik nədir? Mükəmməlliyətçilik çox vaxt əlindən gələnin ən yaxşısını etməklə qarışdırılır. Lakin sağlam bir formada bir işi görmək üçün əlindən gələni etməklə mükəmməlliyətçilik arasında fərq vardır. Ən yaxşısını etmək üçün çalışan insanlar hədəflərinə çatmaq üçün qarşılaşdıqları əziyyətdən zövq alırlar. Mükəmməlliyətçi insanlar isə heç vaxt səhv etməməli olduqlarına inandıqları üçün öz işlərindən həmişə şübhə duyar, narahatlıq içində yaşayarlar. Gordon H. və Paul L. 3 cür mükəmməlliyətçilik ayırmışdır. 1.Özünə yönəlik.Bu vaxt insan öz qarşısına yüksək məqsədlər qoyur və heç bir səhv etməsinə imkan vermir. Hər problemdə özündə səhv axtarır. 2. Başqalarına yönəlik mükəmməlliyyətçilik. Qoyulan yüksək qaydalara başqalarının mütləq əməl etməli və bacarmalı olduğunu düşünmə. Çoxluqda əsəb və rahat münasibət qura bilməmə. 3. Sosial gözləntilər. Başqalarının ondan çatılması çətin olan yerlərə çatmasını gözlədiyini düşünmək. Bəs mükəmməlliyətçilik niyə yaranır və insan nəyə görə mükəmməl olmaq istəyir. Bunun səbəbini aşağıdakı düşüncə xətaları ilə izah edə bilərik. Bacarıqsız olma qorxusu, səhv etmə qorxusu, təsdiqlənməmə qorxusu, -malı, -məli cümlələr- etməliyəm,bacarmalıyam və s.
Bu mənfi xüsusiyyəti özümüzdən uzaqlaşdırmaq üçün nə etmək olar?
İlk növbədə mükəmməl olmanın müsbət və mənfi tərəflərini aydınlaşdırmaq lazımdır. Ya həmişə, ya heç vaxt düşüncəsini özümüzdən uzaqlaşdırmalıyıq. Sonra isə bacara biləcəklərimiz barəsində real düşünmək və buna uyğun hədəflər qoymaq. Ən əsası isə qarşı tərəfdən gələn tənqidləri qəbul etməyi öyrənməliyik.
Elvira Kərimova
Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu
pcc.az