Körpənin dünyaya gəlişi

Doqquz ay bitdi. Siz övladınızı qucağınıza aldınız. Körpənin dünyaya gəlişi hər bir ananın həyatında ən həyəcanlı anlardan biridir. Bu balaca varlıq anada həm sevinc, həm də qorxu hissi yaradır. Bu qorxu nəticəsində də anada postnatal depressiya təhlükəsi yaranır. Statistikaya görə 50-60% qadın bu diaqnozla üzləşir. Ana bu zaman özü də anlamadığı hissləri keçirir. Əhval ruhiyyənin tez-tez dəyişməsi, emosional gərginlik, körpəyə qarşı marağın itməsi, özünə qarşı diqqətsizlik, yuxusuzluq, iştahın, çəkinin dəyişməsi, bədbinlik, ölüm və intihar haqqında fikirlər, yüksək qıcıqlanma hissi bunlara misal ola bilər. Əgər sadalanan hallar iki həftədən çox davam edirsə, bu artıq postnatal, yəni doğuşdan sonrakı depressiyadır.

Bu narahatçılıq adətən doğuşdan sonra ortaya çıxır və bir neçə ay davam edir. Bəzi hallarda proses doğuşdan bir neçə ay keçəndən sonra da müşahidə oluna bilər.

Postnatal depressiya üç əsas səbəbə görə yaranır: fizioloji, psixoloji və genetik. Fizioloji səbəbi həkimlər doğuşdan sonra baş verən hormonal dəyişikliklərlə əlaqələndirir. Bu estrogen, progesteron və kortisol hormonlarının səviyyəsinin doğuşdan sonra 48 saat ərzində kəskin enməsi ilə bağlıdır. Hormonal balans ancaq doğuşdan 1 həftə sonra stabilizə olunur. Bu müddət ərzində qadının psixoemosional vəziyyəti dəyişkən olur. Prosesin gedişatı ananın xarakterindən, ətrafa münasibətindən asılıdır.

Psixoloji səbəblərə isə qadının üzləşdiyi problemlər: yorğunluq, yuxusuzluq, çarəsizlik hissi, ailədaxili problemlər, gərgin münasibətlər, köməyin olmaması, konfliktli situasiyalar, ruh düşkünlüyü daxildir. Həmçinin bura arzuolunmayan hamiləliyi də qeyd etmək lazımdır. Çünki bu halda depressiya doğuşdan sonra da davam edir. Ana balasını əmizdirməyə və qəbul etməyə çətinlik çəkir. Tez-tez rast gəlinən səbəblərdən biri də keçmişlə bağlı mənfi xatirələrdir. Məsələn, ananın özünün çətin uşaqlığı, natamam ailə, yoldaşının ölümü, yaxud tərk etməsi və s.

Yuxarıda qeyd etdiyimiz kimi, doğuşdan sonrakı depressiyanı yaradan səbəblərindən biri də genetik faktordur. Bu irsi olaraq anadan qıza keçir. Vaxtında müalicə olunmayan bu xəstəliyin fəsadları balaca körpənin inkişafına mənfi təsir göstərir. Bu cür anaların uşaqlarında kognitiv inkişaf zəif olur. Gələcəkdə uşaqda ünsiyyət, özünəgüvən problemləri üzə çıxır.

Postnatal depressiyaya məruz qalan qadınlar, psixoloji yardım almaq məcburiyyətindədirlər. Həyat davam edir! Və bu həyat bizə bir dəfə verilir. Gəlin özümüzü və övladlarımızı neqativ hallardan xilas edək və gələcəyimizi sağlam təməl üstündə quraq.

Zülfiyyə Yaqubova
Psixologiya və Konsultasiya Mərkəzi
(PCC)-nin psixoloqu

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər