Mən sizi eşitmirəm, sizi görürəm

Belə bir vəziyyəti gözümüzün qabağına gətirək: Vağzaldır. Vaqonların pəncərəsindən bayıra baxan insanlar onları yola salanlara ya başını yellədir, ya əl edir, ya da əl hərəkətləri ilə nə isə başa salmağa çalışırlar. Bu situasiya ilə onlar qarşısındakı insanı “Mən səni eşitmirəm, yalnız görürəm. Əllərimə diqqətlə bax” deməyə çalışaraq “Məni başa düş” oyununa dəvət edir. Beləliklə, onlar istər-istəməz jest dünyasına ayaq qoyurlar.

Uşaqlıqdan biz özümüz də hiss etmədən jestlərdən istifadə etmişik. Məsələn, yoldaşlarımızla küsülüyüksə, çilə barmağımızı uzadarkən qarşı tərəf barışmaq istədiyimizi başa düşərdi. Digər bir misal, dişimiz ağrıdıqda həç kəsə cavab verməyib, dişimizi göstərib jest və üzümüzün mimikası ilə ağrıdığını bildiririk. Və ya körpə uşağa “Xalanla sağollaş” deyə əlini qaldırıb yelləyirik. Turş bir şey yeyəndə, sevinəndə, qəmlənəndə, fikirli olanda və ya xəyala dalanda mütləq üzümüzün mimikası ilə bunu bildiririk.

Lakin mən sizə kədərləndirən bir misal çəkmək istəyirəm. Kənardan iki cavanın bir-birinə sevgi dolu baxışlarla baxdığını görürük. Birdən onların səslərindən deyil, əllərindən istifadə edərək havada nə isə cızdıqlarının, əl hərəkətləri ilə fiqurların dəyişdiyinin şahidi oluruq. Bununla yanaşı onların üzlərindəki müxtəlif emosiyalar: sevinc, hirs, qorxu görünür.

Onların əlləri ilə nəsə göstərərək bir-birini aydın başa düşməsi ətrafdakılar üçün qəribə görünür. Bəli! Jest dili onların ana dilləridir… Zahirən adi olan bu insanları bizdən yalnız eşitməmələri ayırır. Digərləri kimi onlar da dərsə gedir, oxuyur, işləyir, cəmiyyətdə özlərinə lazımlı yer tutur, vaxtı gəldikdə ailə və uşaq sahibi olurlar.

Jest dili maraqlı, qəribə, rəngarəng və variantlıdır. Eşitmə problemi olan hər bir qrupun, cəmiyyətin özünün jest dili var. Bu dil demək olar ki, fokusa oxşayır. O çıxış edən insanın emosiyasından, temperamentindən, fiziki göstəricilərindən asılıdır. Eyni bir jest müxtəlif insanlarda müxtəlif cür görünə bilər.

Bu jest dünyasının yollarında sizə uğurlar arzulayıram!

Sevda Rzayeva
“NARINC” UŞAQ PSİXOLOGİYA
MƏRKƏZİnin defektoloq, loqoped

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər