Sevinci və həyatı onlardan öyrənək

“Düşüncə” jurnalının bu dəfəki qonağı Emil Ələkbərovdur.

Bir uşağın böyüyə öyrədə biləcəyi üç şey vardır: səbəbsiz sevinmək, həmişə özünə məşğuliyyət tapmaq və öz istədiyində təkid etmək. -Paulo Koelyo

– Emil, neçə yaşın var?
– 9.

– Neçənci sinifdə oxuyursan?
– 4-cü sinfə keçirəm.

– Dərsə getməyi xoşlayırsan?
– Bəli.

– Hansı fənləri həvəslə oxuyursan?
– Riyaziyyat.

– Ev tapşırıqlarını etməyə kim kömək edir?
– Bacım, arada xalam da kömək edir.

– Sevimli məşğuliyyətlərin var?
– Kompüterdə oyun oynamağı çox sevirəm. Daha çox “atışma” oyunlarını oynayıram. Bu oyunu oynayanda mən gizlənirəm, snayperlə düşmənlərin başından vururam. Düşmənlərin qarnına bıçaq da soxub onları məhv edirəm. Çox vaxt tək oynayıram. Misal həll etməyi, rəsm çəkməyi də Xoşlayıram.

– Çəkdiyin rəsmlərdən anana hədiyyə vermisən?
– Mən bayramlarda anam üçün hədiyyə düzəldib verirəm. Anam çox sevinir. Bir dəfə də anama ev rəsmi çəkib hədiyyə etmişdim.

– Boş vaxtlarını necə keçirmək istəyərdin?
– Mən basketbola getmək istəyərdim.

– Bu oyundan niyə xoşun gəlir?
– Ona görə ki, orada uşaqlar var, mən də onları uduram.

– Ən yaxın dostların haqqında “Düşüncə” jurnalına danışa bilərsən?
– Ən yaxın dostumun adı İsmayıldır. O, yaxşı oğlandır və mənim çox xoşuma gəlir.

– İsmayıl ilə nə haqda söhbət edirsiniz?
– Dərslər və kompüter oyunları haqqında danışırıq.

– Yəqin ki, başqaları ilə də dostluq edirsən?
– Bağa gedəndə xalam, dayım uşaqları ilə də oynayıram. Onlarla velosiped sürürəm, avtomatla oynayıram. Basketbol, kompüterdə oyunlar, “əsgər” oyunu da oynayırıq. “Əgər” oyununda tapançanı konstruktor tipli oyuncaqlardan düzəldib oynayırıq. Bacımla isə bacı-qardaş, həkim, avtomat oyunları oynayırıq.

– Bacınla dalaşdığınız anlar olur?
– Olur da arada. Amma çox olur.

– Nəyə görə dalaşırsız ki?
– Bəzən o, mənim xətrimə dəyir, bəzən də mən onun. Televizora baxanda biz fərqli kanallara baxmaq istədiyimiz üçün mübahisə edirik. Bir-birimizə pis söz deyəndə də dalaşırıq.

– İstirahət günlərini necə keçirməyi xoşlayırsan?
– Yelləncəklərdə yellənməyə, Park Bulvara, restoranlara getməyi xoşlayıram. Xarici ölkələrə səyahət etməyi də çox sevirəm. Ümumiyyətlə, istirahət günləri gələndə sevinirəm. Ona görə ki, həmin günləri həm əylənir, həm də gecə gec yatırıq. Amma bazar gününü xoşlamıram. Ona görə ki, bazar ertəsi səhər tezdən oyanıb dərsə getməliyik. Bu səbəbdən də gecə tez yatırıq.

– Ananı çox sevirsən yoxsa atanı?
– İkisini də.

– Onlarla nə haqda danışırsan?
– Anamla etdiyimiz söhbətlər yadımdan çıxıb. Atamla isə telefon haqqında danışıram. Ona görə ki, ataya mobil telefon aldırmaq istəyirəm. Ata və ana isə mənə deyirlər ki, “Yaxşı danış, dərslərini yaxşı oxu. Onda sənə istədiyin mobil telefonu alarıq”.

– Telefonun olanda nə etməyi planlaşdırırsan?
– Sinif yoldaşlarıma, bacıma, anama, atama, xalama zəng vuracağam.

– İstədiyin qız var?
– Var.

– Adını deyə bilərsən?
– Yox! Sevdiyim qızın adını deməyəcəyəm. Onun adını jurnalda yazmayın!

– Sevdiyin qıza telefonla zəng vuracaqsan?
– Onun telefon nömrəsini bilmirəm deyə zəng vura bilməyəcəyəm.

– Sevdiyin qızla bir sinifdə oxursunuz?
– Bəli. Onunla bir parta arxasında otururuq.

– Onda sən xoşbəxt adamsan ki, hər gün sevgilinin yanında oturursan.
– Amma artıq həmin məktəbdən çıxıram. Başqa məktəbdə oxuyacağam.

– Bəs, sən sevdiyin qız üçün darıxmayacaqsan?
– Yox! Sevdiyim qıza görə heç narahat olmuram. Güya, başqa qız yoxdur. Təzəsini tapacağam.

– Qız onu sevdiyini bilir?
– Bilir? O, da məni sevir.

– Sevdiyin qıza qarşı diqqətlisən?
– Diqqətliyəm. Mən ona 8 mart qadınlar bayramında hədiyyə vermək istəyirdim. Təəssüf olsun ki, ona başqa oğlan hədiyyə verdi.

– Bəs, sən əsəbləşmədin?
– Yox.

– O, sənin neçənci sevgilindi?
– İkinci. Əvvəllər özümdən 4 yaş böyük qızı sevirdim. Onun şəklini yastığın altında saxlayırdım.

– Qızı nəyə görə sevirsən? Onun nəyindən xoşun gəlir?
– Onun saçları, üzü, gözləri xoşuma gəlir. Qızın gözlərinə vurulmuşam.

– Gözləri nə rəngdədir?
– Nə bilim. Sevdiyim qızın gözlərinin rəngi yadımdan çıxıb. Çünki mən məktəbə çoxdandır ki, getmirəm.

– Böyüyəndə kim olmaq istəyirsən?
– MTN-də işləmək istəyirəm.

– Ailə üzvlərinin sənə hədiyyə etdiyi ən yadda qalan, xoşuna gələn hədiyyə hansı olub?
– Ən yaxşı hədiyyəm “aypot” və avtomat olub. Bacım isə bir dəfə mənə qatar almışdı.

– Səni nə xoşbəxt edir?
– Kompüter oyunları.

– Ana sənə oyunları oynamağı hər gün icazə verir?
– Arada. Ən çox 5,6,7-ci günlər icazə verir.

– Böyüklərin gördüyü işlərdən hansını edə bilirsən?
– Maşın sürə bilirəm. Düzdür, maşın sürəndə atam mənə kömək edir. Amma sükanı özüm tuturam.

– Böyüyəndə hansı maşını alacaqsan?
– “Ferrari” alacağam. Anamı da yanımda oturduracağam.

– Gələcəkdə anana necə baxacaqsan?
– Ona hədiyyələr alacağam. Anam üçün gözəl ev tikəcəyəm. Hər gün ona pul verəcəyəm. Ürəyi istədiyi hər şeyi anam üçün alacağam.

Aynurə Məmmədova
Baş redaktorun müavini

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər