Mənim Beynim

İnsan beyni alimlər tərəfindən hələ də araşdırılır. Baxmayaraq ki, bu mövzu ətrafında tədqiqatlar 100 ildən çox davam edir, o, hələ də bir sirr kimi qalıb. Bu orqan ən vacib və mürəkkəb bir mexanizmdir. Beyin mərkəzi sinir sisteminin əsas bir hissəsidir.

Məlumdur ki, beyin iki böyük yarımkürədən ibarətdir. Bu yarımkürələrin eyni olmasına baxmayaraq onlar fərqli funksiyalar yerinə yetirir. Sol yarımkürə nitqə, analiz etmə qabiliyyətinə, məntiqə cavabdehdir. Sağ yarımkürə isə emosiyalar, intuisiya, incəsənət və məkan təfəkkürünü yönləndirir. Sağ yarımkürə zədələnən zaman bədənin sol tərəfi iflic olur. Sol yarımkürə zədələnəndə isə sağ tərəf iflic vəziyyətinə düşür.

Sol yarımkürə rəqəmlər və riyaziyyatla bağlı olan bacarıqlara cavabdehdir. Həmçinin sol tərəfi inkişaf etmiş insanlar sözləri birmənalı qəbul edirlər və informasiyanı mərhələlərlə təhlil etməyə üstünlük verirlər. Sağ əlimizi qaldırdığımız zaman sol yarımkürə onu idarə edir, sol əlimizi qaldırdığımız zaman isə sağ tərəf bizi idarə edir.

Obrazlar və simvollarla alınan informasiyanı da sağ yarımkürə təhlil edir. Musiqini duymağa isə bizə beynin sol tərəfi yardım edir. Xəyal qurub fantaziya etməkdə, inşa yazmaqda, maraqlı fikirlər söyləməkdə sağ yarımkürə böyuk rol oynayır. Dini inanclar və mistikaya aid marağımıza da sağ tərəf cavabdehdir. Simaları tanıyıb yadda saxlamağa da sağ yarımkürə yardım edir.

Gəlin araşdıraq sol yarımkürəsi inkişaf etmiş insan sağ yarımkürəsi inkişaf etmiş insandan nə ilə fərqlənir?

Yuxarıda qeyd etdiymiz kimi fizioloji olaraq sağyarımkürə bədənin sol tərəfini yönləndirir, sol tərəf isə bədənin sağ tərəfinə nəzarət edir.

Sağ yarımkürəni daha çox istifadə edən insanlar özləri qərar verir. Bu cür insanlar daxili rahatlığa üstünlük verirlər. İnstiktiv olaraq bir çox hadisələrin ola biləcəyini əvvəlcədən hiss edirlər. Bu insanlar qərarlarını qəbul etdikdə emosiyalara, fantaziyalara daha çox üstünlük verirlər. Özlərini necə varsa elə də qəbul edirlər.

Sol yarımkürəni daha çox istifadə edən insanlar qaydalarla yaşamağı üstün tuturlar. Onlar detallara daha çox nəzər salırlar. Demək olar ki, həyatlarını şablonlar üzərində qururlar. Digər insanların qəbul etdiyi fkirlər və qaydalar onlar üçün çox vacibdir. Bu tip insanlar özlərini deyil, başqalarını dinləməyi üstün tuturlar. Sol yarımkürəsini daha çox istifadə edən insanlar kütlə içində özlərini rahat hiss edirlər.

Bəzi insanlarda belə bir fikir formalaşır ki, bir yarımkürə digərindən üstün ya da əskikdir. Bu belə deyil, çünki insan hər iki tərəfi də inkişaf etdirib faydalana bilər.

Təsəvvür edin ki, iki insan kinoteatra, film izləməyə gediblər. Onlardan biri sağ yarımkürəni istifadə edir, digəri isə sol yarımkürəni. Film bitdikdən sonra onlar fərqli bir vəziyyətdə salonu tərk edirlər. Sol yarımkürəsini inkişaf edən izləyici detalları, filmin tərtibatı, aktyorların bacarığını müzakirə edəcək, sağ yarımkürəni istifadə edən izləyici isə müsbət əhval ruhiyə ilə filmdəki emosional anlardan söhbət edəcək.

Sağ yarımkürə daha çox qadınlarda, sol yarımkürə isə kişilərdə inkişaf edib.

Bəs siz beyninizin sağ tərəfini, yoxsa sol tərəfini daha çox işlədirsiniz?

  1. Məktəbdə oxuyarkən hansı dərsləri daha çox sevirdiniz?
  • Azərbaycan dili, rəsm.
  • Texniki fənnlərlə bağlı olanları.

2. Gördüyünüz yuxuları xatırlayırsınızmı?

  • Əsasən xatırlayıram.
  • Əsasən xatırlamıram.

Jest və mimikadan istifadə edirsiniz?

  • Çox istifadə edirəm.
  • Çox az istifadə edirəm.

4. İki əlinizin barmaqlarını bir-birinə keçirib bağlayın. Hansı əlinizin baş barmağı üstdə qalır?

  • Sağ barmaq.
  • Sol barmaq.

5. Bu dəqiqə saatın neçə olduğunu təxminən deyin, onra saata baxin. Səhv etmə ehtimalınız neçə dəqiqədir?

6. Aşağıdakılardan hansını daha tez xatırlayırsınız?

  • İnsanların simalarını.
  • İnsanların adlarını.

7. İki gözünüzü açıq saxlayaraq əlinizdəki qələmi bir pəncərənin və ya qapının kənarı ilə aparın. Əvvəl sol gözünüzü, sonra sağ gözünüzü yumun. Hansı gözünüzü bağlayanda qələm daha az oynayır.

  • Sağ gözümü.
  • Sol gözümü.

Açar

A – ların sayı daha çoxdursa, sağ beyniniz daha çox inkişaf edib.
B – lərin sayı daha çoxdursa, sol beyniniz daha çox inkişaf edib.

NƏTİCƏ

Mən sağ yarımkürəli düşüncə tərzli insanam, çünki…

  • xəyalpərəstəm
  • hisslərimi unutmuram
  • həssasam
  • iybilmə və dad bilmə duyğuları mənim üçün vacibdir
  • müşahidələrimdən istifadə edirəm
  • hissiyatim çox güclüdür
  • yeniliyə meyilliyəm
  • subyektiv davranıram
  • ritmi tez duyuram

Mən sol yarimkurəli düşüncə tərzli insanam, çünki…

  • hisslərimlə hərəkət edirəm
  • məntiqi düşünürəm
  • siniflərə və adlara bölurəm
  • analiz edirəm
  • riyazi məsələlər edirəm
  • düşünərək hərəkət edirəm
  • dili düzgün istifadə edirəm
  • hər şeyi detalları ilə görurəm
  • hər şeyi incələyir və diqqət yetirirəm
  • bütün deyil, parçaları görürəm
  • sistemli, nizamlı və obyektiv işləyirəm

Zülfiyyə Yaqubova
Psixologiya və Konsultasiya Mərkəzi
(PCC)-nin psixoloqu

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər