Piylənmə maddələr mübadiləsinin pozulması nəticəsində dərialtı toxumalarda və daxili üzvlərdə artıq piyin toplanması ilə müşayiət olunan, geniş yayılmış bir xəstəlikdir.
İqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə əhalinin 20-15 faizi piylənmədən əziyyət çəkir. Piylənmədən əziyyət çəkən insanların sayı durmadan artır.
Piylənmə adətən normal bədən çəkisinin 15 faiz artımı ilə qeyd olunurdu. Hazırda normal çəkinin müəyyən edilməsi bədən kütləsi indeksi (Bki, Ketle indeksi) və bədənin antzopometrik məlumatlarına əsaslandırılır.
Bədən çəkisinin çox olması ilə yanaşı piyin bədənin hansı hissələrində toplanması ilə yanaşı bədənin hansı hissələrində toplanması da əhəmiyyət daşıyır. Ürək-damar xəstəliklərinin baş vermə riskinə görə abdominal piylənmə daha ciddi artım hesab edilir. Abdominal piylənmə şəkərli diabetin və arterial hipertoniyanın inkişafı üçün şərait yaradır.
Abdominal piylənmə kütləvi müayinələrdə sadə üsulla belin ölçüsünü bilməklə təyin edilir. Belə ki, son təsnifata görə kişilərdə bel ölçüsü 94 sm., qadınlarda 80 sm. Piylənməsi olan bütün xəstələri 2 qrupa bölmək olar: I qrup – alimentaz – Bki-nin bədəndə heç bir xəstəlik olmadan meydana çıxan xəstəlikləridir. Adətən bu qrup bütün piylənmələrin 75 faizini təşkil edir. Həddindən çox qida qəbulu, oturaq həyat tərzi, irsiyyət bu qrupa gətirib çıxarır.
II qrup piylənmə endokrin sistemi və ya mərkəzi sinir sistemi xəstəliklərində qeyd olunur. Ürəkdamar xəstəliklərinin profilaktika və müalicəsi üçün piylənmə ilə mübarizə çox vacibdir. Bu tədbirlər BKi, xəstənin yaşı ilə yanaşı xəsətlikləri nəzərə almaqla aparılır. BKi ——— 30 kg/m2 olan şəxslər pəhriz və fiziki fəallığı artırmalıdırlar. BKi 30-40 kg/m2 olan şəxslər pəhriz və fiziki fəallıqla yanaşı dərman müalicəsinə, 40 kg/m2 – dən yüksək olanlarda isə cərrahi müalicəyə ehtiyac yaranır. Alimlərin tədqiqatları göstərir ki, piylənməsi olan şəxslərin ömrü normal çəkiyə malik olanlardan 10 il qısa olur.
Piylənmə ilə mübarizə geniş surətdə aparılmalı, əsrin bəlasının gələcək nəslin sağlamlığına xələl gətirəcəyinin qarşısı alınmalıdır.