Yoqurtlu Tort

Lazım olan ərzaqlar: 200 qram peçenye50 qram kərə yağı20 qram jelatin1000 mlq. şirin, 2,5%-li yoqurt3 paçka müxtəlif rəngli jele Hazırlanması: Tortun əsası üçün peçenyeləri xırdalayın, yumşaldılmış kərə yağı ilə eynicinsli kütlə alınanadək qarışdırın, kərə yağı çəkilmiş kənarları açılan formanın (28 sm diametrli) içinə qoyub hamarlayın. Bunu bir neçə dəqiqə dondurucuda saxlayın. Üç müxtəlif jeleni qablaşdırmasının […]

Lavaş Salatı

Lavaş salatı asan və tez hazırlanan salat hesab olunur. Bu salatı qısa müddət ərzində hazırlamaqla özünüzü, sevgilinizi, yaxınlarınızı sevindirə bilərsiniz. Ərzaqlar: 2 ədəd iri ölçülü lavaş2 ədəd yerkökü2 ədəd kartof200 qram holland pendiri200 qram toyuğun döş əti2 diş sarımsaq2 ədəd xiyar turşusuzövqə görə mayonez, duz və istiot Hazırlanması: Lavaşı düz yerə sərib üstünə mayonez sürtün; […]

Bu heyfslənmə kimi özünü göstərir

İstər cavan, istərsə də yaşlı, hamı uzunömürlü olmaq, çox yaşamaq istəyir. Heç kəs qocalmaq istəmir. Gənclik dövründə insana elə gəlir ki, qocalığa hələ çox var. Yaşlılıq dönəmində isə bu, keçən illərə heyfslənmə kimi özünü göstərir. Yəqin elə buna görə, gənclər gələcəklərindən, yaşlılar isə keçmişlərindən danışmağı sevirlər. Elmin, qıdalanma və yaşayış səviyyəsinin inkişafı insan ömrünün əvvəlki […]

Dünyanın ən çox qazanan müğənnilərinin reytinqi açıqlandı

Məlumata görə siyahıya ötən ilin mayından bu ilin mayınadək 58 milyon dollar qazanan Britni Spears başçılıq edir. Ona əsas gəliri son albomu “Femme Fatale”nin satışından, eyni adlı dünya turnesindən, eləcə də reklam çəkilişləri və öz ətirlərindən gəlib. Bundan başqa, Britni Spears məşhur “The X Factor” musiqi şousunda münsifdir və bunun müqabilində ildə 15 milyon dollar […]

ŞOK! Paris Hilton dondurulmasını istəyir

19 yaşlı model ilə eşq macərası yaşayan Paris Hilton Krioniki Unversitetinə böyük məbləğdə pul keçirib ki, gələcəkdə həkimlər onu diriltsin. Paris Hiltonun dediyinə görə gələcəkdə elm yüksək səviyyədə inkişaf edəcək və bu da imkan verəcək ki, həkimlər donmuş insanları yenidən həyata qaytarsınlar. “Bunun sayəsində mənim həyatım 100 və 1000 illər dəvam edəcək”- Paris Hilton bildirib.

Cessika Albanın pəhriz menyusu

Səhər yeməyi:Yumurtanın ağından buxarda hazırlanmış omlet;Təzə şaftalı və istənilən giləmeyvələrlə 200 qram yağsızlaşdırılmış kəsmiyin qarışığında hazırlanmış sıyıq porsiyası. Nahar:Ət və ya balığın kiçik tikəsi;Təzə pomidor, xiyar, şirin bibər və bitki yağında hazırlanmış tərəvəz salatı. Şam yeməyi:Düyü və toyuq ətinin qaynadılmış kiçik tikəsi;Qidanın əsas qəbulları arasında qəlyanaltı;Təbii yoqurt, müxtəlif ləpələr, quru meyvələr. Amerikanın məşhur aktrisası Cessika […]

Qadının makiyajı onun əhvalından xəbər verir

Deyirlər ki, qadınları anlamaq mümkün deyil. Niyə axı? Bir az diqqətli olsanız onları nəinki anlaya, həmçinin də onların əhvalının necə olduğunu başa düşə bilərsiniz. Heç bilirdinizmi, etdiyi makyaja görə qadının əhval-ruhiyyəsini müəyyənləşdirmək mümkündür? Qara gözlər: Çox miqdarda vurulan tuş bunu bildirir ki, xanım əsl üzünü və xarakterini makiyajın altında gizlətməyə çalışır. Bu xanımlar istənilən münasibətdə […]

“Geyim onun şəxsiyyətinin inkişafına təsir edir..

Uşaqlar çox həssasdır. Səslər, oyuncaqlar, geyimlərlə onlar bilmədən öz şəxsiyyətini ətrafındakılara göstərir. Hər yeni seçim uşağa özünü dərk etməyə kömək edir. Uşaq fikrini deməyi öyrənəndə geyimin köməyi ilə öz şəxsiyyətini göstərəcək. Çoxlarımıza bəllidir ki, yeniyetmələr kütlədə seçilmək və ya əksinə, özünü insanların müəyyən qrupuna uyğunlaşdırmaq üçün geyimlə təcrübə aparırlar. Böyüklər uşağa geyim alarkən, onlara geyim […]

Onları başa düşək..

Bəzi uşaqlarda görünən tutulma, təkrar və ya uzatma şəklindəki nitq qüsurları uşağınızın kəkələdiyi haqda dəqiq fikir söyləməyə əsas vermir. Siz ona kəkələyən desəniz, o da özünü kəkələyən olaraq görməyə başlayar. İlk növbədə uşağın danışığındakı ilişmə və təkrarlar problem kimi qəbul olunmamalıdır. Uşağın danışması mükafata layiq hala gətirilməlidir. Eyni zamanda valideynlər uşaqla şəxsi fikirlərini paylaşmalıdırlar ki, […]

Heç bir şey olmadığı halda özünüzü xəstə hiss edirsiniz?

“Xəstəlik xəstəliyi” olaraq adlandırılan ipoxondriya xəstəliyi günümüzdə çox tez-tez rast gəlinən psixi pozuntular siyahısına daxildir. Bu problemdən əziyyət çəkən insanlar orqanizmlərindəki ən kiçik dəyişikliyi belə ciddi bir xəstəlik əlaməti kimi qəbul edir və müvafiq olaraq həkimə müraciət edirlər. Məsələn, adi baş ağrısı, tərləmə, öskürmə, qəbizlik kimi əlamətlər xərçəng, miokard infarktı əlamətləri kimi qəbul edilir və […]