Düşüncənin ağır xəstəliyə qalib gəlməsi

Həqiqətən də həyatdakı çətinliklər insanı uğura doğru aparır. Mən dəfələrlə bunun şahidi olmuşam. Hər bir nailiyyət əldə edən insanın keçmişində onun uğursuzluqları durur. Bunu işlədiyim Ağciyər İnstitutundakı xəstələrlə apardığım konsultasiyalar zamanı gəldiyim nəticələr də bir daha təsdiq edir.

Keçilməz səddləri dəf edərək arzuya doğru.

Bir gün qəbuluma vərəm xəstəliyinin ağır formasına tutulmuş bir xanım gəldi. Xanımın həyatı haqqında qısaca sizlərlə bölüşmək istəyirəm. Amma öncə həmin adama şərti ad vermək istəyirəm – Arzu. Arzu hələ kiçik yaşlarında atasını itirir. Ögey ata himayəsində böyüyür. Ögey atası ona zülm edir, hətta cinsi istismara da sövq edir. Bütün bu əzablara dözə bilməyən Arzu evdən qaçır. Lakin həyatın çətinliklərindən qurtula bilmir, daha pis hadisələrlə qarşılaşır. Günlərin bir günü arzusuna çata bilməyən Arzu əlacsız qalıb bir evin qapısını döyür. Qapını yaşlı bir xanım açır. Arzu həmin xanıma iş axtardığını bildirir. Xanım Arzunun saflığını görüb onu öz himayəsinə götürür. Arzu nəhayət ki, öz arzularından birinə çatdığı üçün çox sevinir.

İsti bir yuva arzusu…

İkinci arzusu özünə bir iş tapmaq idi. O, bu arzusuna da çatır. Yaxşı bir insanla ailə həyatı qurmaq isə onun ən həsrətlə gözlədiyi üçüncü arzusu oldu. Bu onun ən əlçatmaz arzusu idi. Allah onu bu arzusuna da çatdırır. O, təsadüfən tanış olduğu bir insanla ailə həyatı qurur. Lakin Arzunun xoşbəxtliyi çox az çəkir. Bir gün səhər oyananda o yastığında qan izlərini görüb çox qorxur.

Xəstəliklə mübarizə.

Artıq oxucularımızı çox yormaq istəmirəm. Hər şey sizə məlum oldu. Arzu bunları danışdıqca ona necə kömək edəcəyimi düşünürdüm. Onun daxili iztirablarını anlayaraq, empatiya hissi ilə yanaşıb və bu yolla da ona psixoterapevtik təsir göstərdim. Arzunun bu xəstəliklə bağlı nevrotik əlamətlərini üzə çıxarıb onun şəxsiyyətini, öz xəstəliyinə emosional münasibətini və digər psixi funksional cəhətlərini dərindən öyrəndim. Onun şəxsiyyəti ilə xoşbəxtliyi arasında münasibətlər sistemini dərk edib xəstəliyə səbəb olan psixotravmatik vəziyyətin məqsədyönlü formada aradan qaldırılmasına və ətrafdakılarla normal münasibət yaratmasına kömək etdim. Əsas diqqəti xəstəlik əlamətlərinin psixoloji və müxtəlif şərti reflektor hərəkətlər vasitəsilə aradan qaldırmağa yönəltdim. Bununla da Arzunun fəallığına, optimist əhval ruhiyyəsinə nail oldum.

Ey insanlar, heç bir xəstəlikdən qorxmayın. Yetər ki, sağalacağınızı düşünəsiz. Hətta ağır xəstəliklərə belə qalib gəlmək olur. Sadəcə istəyin yetər. Daha doğrusu ARZULAYIN!

Yeganə Orucqızı
NARINC UŞAQ PSİXOLOGİYA
MƏRKƏZİNİN psixoloqu

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər