Yol hərəkət qaydalarını bilirikmi?

“Düşüncə” jurnalının bu sayının qonağı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinin İctimai qurumlarla əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyevdir. K.Əliyevlə yol qəzalarının səbəbləri, yol hərəkəti qaydaları və onları pozanlar haqqında söhbətləşdik.

  • Yol qəzaları daha çox hansı səbəblərə görə baş verir?
  • Daha çox piyadaların vurulması ilə nəticələnən yol qəzası baş verir. Piyada vurmaq hadisələri
    təxminən ümumi qəzaların 37 %-ni təşkil edir. Ümumi qəzaların 30-31 %-i isə nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması üzündən baş verən qəzalardır. Ötmə qaydalarının pozulması da geniş yayılıb. Belə ki, ötmə qaydalarının pozulması ümumi qəzaların təxminən 28-29 %-ni təşkil edir. Yol ayrıcının keçmə qaydalarının pozulması nəticəsində baş verən qəzalar da üstünlük təşkil edir. Bundan başqa, teztez yüksək sürətlə idarə olunma zamanı ayrı-ayrı sürücülər tərəfindən manevretmə qaydalarının da pozulması nəticəsində ağır qəzalar baş verir. İstənilən qəzada istənilən qayda pozma yüksək sürətlə müşaiyət olunursa, onda qəzanın ağırlıq dərəcəsi daha yüksək olur. İşıqforun qırmızı işığında nəqliyyat vasitələrinin hərəkəti də qəzaya səbəb ola bilər.
  • Hansı istisna hallarda nəqliyyat vasitələri işıqforun qırmızı işığında hərəkət edə bilərlər?
  • İşıqforun qırmızı işığı yanarkən operativ nəqliyyat vasitələri hərəkət edə bilərlər. Bu nəqliyyat vasitələrinin sayrışan işıq və xüsusi səs siqnalı olur. Bu vasitələrlə operativ nəqliyyat vasitələri təhlükəsizliyini təmin edə bilirlər. “Yol hərəkəti haqqında” qanunun tələblərinə görə belə siqnalları verən operativ nəqliyyat vasitələrinin sürücülərinə digər nəqliyyat vasitələrinin sürücüləri mütləq yol verməlidirlər.
    Yəni onlar sayrışan göy, qırmızı işıqlarla təchiz olunmuş sayrışan işıqları yandıraraq və xüsusi səs siqnallarını istifadə edərək hərəkət üstünlüyü istəyirlərsə, belə nəqliyyat vasitələri digər hərəkət iştirakçıları qarşısında hərəkət üstünlüyünə malikdirlər. İstər piyada, istərsə də digər nəqliyyat vasitəsi operativ nəqliyyat vasitələrinə hərəkət üstünlüyünü verməlidirlər. Onlar müəyyən xidmətlə əlaqədar yol hərəkəti haqqında qaydalardan kənara çıxa bilərlər. Buna qanun da icazə verir. Amma digər hallarda heç kim işıqforun qırmızı işığında keçə bilməz. Əgər kimsə işıqforun qırmızı işığı yanan zaman yolu keçirsə, ya o, həddindən artıq nizamsız sürcüdür, ya sərxoşdur, ya da işıqfora fikir verməyib. Bəzi hallarda isə sürcülərin başı avtomobildə olan digər sərnişinlərlə söhbətə qarışdığı üçün işıqforu görmürlər. Elə də insanlar var ki, hardasa başqa işinin olmasını əsas gətirərək qırmızı işıqda bilərəkdən keçir. Bilməyərək qırmızı işıqda yolu keçən sürücülərin sayı çox azdır. İşıqforu görməyən sürücü ola bilərmi?
  • Sürücü və ya sərnişin işıqforun qırmızı işığında yolu keçdikdə onlara nə qədər cərimə tədbiq olunur?
  • İnzibati xətalar məcəlləsinin 151.2-ci maddəsinə müvafiq olaraq işıqforun qadağan edici işığı yananda hərəkətini davam etdirməsinə görə sürücülər 60 manat məbləğində cərimə olunurlar. Və bu qayda pozuntusu üç balla qiymətləndirilir. İl ərzində əgər sürücü 12 və daha artıq cərimə balı toplayırsa, onun sürücülük hüququ bir ilədək məhdudlaşdırılır. Piyadalar isə 20 manat məbləğində cərimələnir. Eləcə də piyadalar keçmək üçün nəzərdə tutulmayan yerlərdən yolu keçdiklərinə görə də 20 manat cərimə olunurlar.
  • Hansı yollarda nəqliyyatın sıxlığı müşahidə olunur və bunun səbəbləri nədir?
  • Nəqliyyatın sıxlığı əsasən şəhərin giriş hissələrində olur. Misal üçün, Sumqayıt yolunda səhər və axşamlar nisbətən sıxlıq müşahidə olunur. Bunun da qarşısının alınması üçün artıq Nəqliyyat Nazirliyi tərəfindən yolun genişləndirilməsinə başlanılıb. Xüsusilə də Bakı- Quba yolunun 7-ci klm-də körpünün üstündə yolun dar olması nəticəsində nəqliyyat axınında problem yaranır. Səhər tezdən Sumqayıt, Sulu təpə, Xırdalan və s. qəsəbə və şəhərlərin nəqliyyatı Bakı şəhərinə ancaq bu küçədən keçir. Ona görə burada həddindən çox nəqliyyat olur. Bu yolun ötürücülük qabiliyyəti nəqliyyatın sayına görə bir o qədər də yüksək deyil. Xüsusilə də körpünün üstündə sıxlıq daha çox yaranır. Son vaxtlar yeni körpünün tikilməsi ilə bağlı işlər gedir. Yaxın vaxtlarda körpü hazır olandan sonra, artıq yolun buraxma qabiliyyəti daha da yüksələcək. Bu da nəqliyyatın sıxlığının qarşısını alacaq. Şəhərin bəzi hissələrində də sıxlıq var. Yaxın vaxtlarda “Qələbə” meydanında “Gənclik metro stansiyasının yaxınlığında yol qovşağı istifadəyə verilməlidir. Vahabzadə küçəsi ilə Alı Mustafayev küçələrinin kəsişməsindəki iri yol qovşağı da yəqin ki, ilin axırına qədər istifadəyə veriləcək. Daha sonra Əhməd Rəcəbli küçəsi ilə Böyükşor yolunun kəsişməsində olan bir neçə yol qovşağı var ki, tunellər, körpülər – bunlar hamısı istifadəyə veriləndən sonra düşünürəm ki, nəqliyyat axınında problem qalmayacaq. Ümumiyyətlə, dünyanın bütün iri və nəqliyyatın çox olduğu şəhərlərdə istər-istəməz sıxlıq yaranır. Təsəvvür edin ki, Bakı şəhərində 720 mindən çox nəqliyyat vasitəsi var. Gün ərzində də nəzərə alsaq ki, 45-50 min maşın da şəhərə girir, bu qədər nəqliyyat vasitəsinin axınına tab gətirmək çətindir. Üstəlik qadağan olunan yerlərdə, yolun ikinci cərgəsində saxlayan avtomobillər sıxlığın daha da çoxalmasına səbəb olur. Bunların hamısının həlli ümumilikdə kompleks şəkildə nəzərdə tutulub. Mustafayev küçələrinin kəsişməsindəki iri yol qovşağı da yəqin ki, ilin axırına qədər istifadəyə veriləcək. Daha sonra Əhməd Rəcəbli küçəsi ilə Böyükşor yolunun kəsişməsində olan bir neçə yol qovşağı var ki, tunellər, körpülər – bunlar hamısı istifadəyə veriləndən sonra düşünürəm ki, nəqliyyat axınında problem qalmayacaq. Ümumiyyətlə, dünyanın bütün iri və nəqliyyatın çox olduğu şəhərlərdə istər-istəməz sıxlıq yaranır. Təsəvvür edin ki, Bakı şəhərində 720 mindən çox nəqliyyat vasitəsi var. Gün ərzində də nəzərə alsaq ki, 45-50 min maşın da şəhərə girir, bu qədər nəqliyyat vasitəsinin axınına tab gətirmək çətindir. Üstəlik qadağan olunan yerlərdə, yolun ikinci cərgəsində saxlayan avtomobillər sıxlığın daha da çoxalmasına səbəb olur. Bunların hamısının həlli ümumilikdə kompleks şəkildə nəzərdə tutulub. Qeyd etdiyim körpülər, tunellərlə yanaşı maşınların park etməsi üçün nəzərdə tutulan böyük duracaqlar inşa olunub. Şəhərdə yeni, böyük dayanacaq da inşa edilib və bu günlərdə istifadəyə verilməlidir. Bütün bunlar ümumilikdə sıxlığın qarşısının alınması və Bakı şəhərində nəqliyyatın rahat və fasiləsiz hərəkətinin təşkil olunması istiqamətində dövlət tərəfindən atılan addımlardır. Qeyd etdiyim körpülər, tunellərlə yanaşı maşınların park etməsi üçün nəzərdə tutulan böyük duracaqlar inşa olunub. Şəhərdə yeni, böyük dayanacaq da inşa edilib və bu günlərdə istifadəyə verilməlidir. Bütün bunlar ümumilikdə sıxlığın qarşısının alınması və Bakı şəhərində nəqliyyatın rahat və fasiləsiz hərəkətinin təşkil olunması istiqamətində dövlət tərəfindən atılan addımlardır.
  • Yol hərəkəti qaydalarını daha çox qadınlar pozur, yoxsa kişilər?
  • Qadınların sayı ilə kişilərin sayı çox fərqlidir. Qadın sürücülər kişilərdən azdır. Ümumilikdə, faiz etibarı ilə götürdükdə qadınların qayda pozuntusu daha çox olur. Ən çox yayılan qayda pozuntusu isə sükan arxasında mobil telefondan istifadə etməkdir. Xanımlar avtomobil idarə edərkən daha diqqətli olmalıdırlar. Qadınlar sükan arxasına oturanda çalışırlar ki, bütün problemlərini telefonla maşın sürərkən həll etsinlər. Bu səbəbdən də qəza hadisələrinin baş verməsinə səbəb olurlar.
  • Uşaqlar yol hərəkəti haqqında qaydaları bilirlərmi? İl ərzində nə qədər uşaq yol qəzasına düşür?
  • Keçən il ərzində yol nəqliyyat hadisələri nəticəsində 16 yaşına qədər olan uşaqlardan 79 nəfəri ölüb, 235 nəfəri yaralanmışdır. Ümumiyyətlə, valideynlər və müəllimlər uşaqlara yolu keçmək qaydalarını izah etməlidirlər. Birincisi bunu öz əməlləri ilə göstərməlidirlər. Valideyn əgər uşağa işıqforun qırmızı işığı yananda yolu keçməyin qadağan olduğunu, bunun onun üçün pis nəticələnəcəyini deyirsə, bunu öz əməllərilə də sübut etməlidir.
    Bəzi valideynlər uşağa bunu izah etməyinə baxmayaraq, uşağın əlindən tutub özləri qırmızı işıqda yolu keçirlər. Əgər valideyn uşağa piyadaların keçməsi üçün nəzərdə tutulmayan yerdən keçməyin qadağan olduğunu deyib, özü isə bunu edirsə, bu uşağa necə təsir edəcək? Çox vaxt valideyn yolun kənarında olan metal konstruksiyalı çəpərlənməni də keçir. Valideyn bu zamann uşağı da dəmirin altından keçməyə məcbur edir, özü də dəmirin üstündən keçib maşınların sürətlə sürdüyü yola çıxır. Sabah valideyn bu hərəkəti uşağa qadağa edəndə, uşaq deməyəcəkmi “ay ana, ay ata sən məni dünən özün dəmirin altından keçirtdin”. Bu cür davranışlar uşağa çox pis təsir göstərir. Onlar buna vərdiş olurlar. Necə gəldi, harda gəldi yolu keçirlər.
  • Piyada və sürücülərin buraxdığı səhvlər və onlara məsləhətləriniz?
  • Piyadaların etdiyi səhvlər yolu düzgün keçməməsi, ehtiyyatsız olmasıdır. Sürücülərin də bugün ən çox yolda etdikləri qayda pozuntusu sürət həddinə riayət etməməkdir. İstər şəhərdə, istərsə də şəhərdən kənarda avtomobilləri sürətlə sürənlər olur. İstəyərdim ki, bunu etməzdən əvvəl sürücülər özünün və ya başqasının həyatına son qoya biləcəyini düşünsünlər. Ümumiyyətlə, qaydalar pozulduğu üçün qəzalar baş verir. Qayda pozulmazsa, qəza da baş verməyəcək. Ona görə də biz çalışmalıyıq ki, qaydalara riayət edək. Qaydaya riayət etməklə həm özümüzü, həm də digər hərəkət iştirakçısının həyatını qoruyuruq. Yəni mən qayda pozuramsa, ya mənim özümə nəsə ola bilər, ya da avtomobilimdə olan başqa adamlara, piyadaya, ya da ki, digər nəqliyyat vasitələrini idarə edən sürücülərə. Bu səbəbdən də həm sürücülər, həm də piyadalar diqqətli olmalı, özlərinin və başqalarının həyatını təhlükə altına atmamalıdırlar.

Aynurə Məmmədova
Baş redaktorun müavini

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər