L – Yuxu Yozumları

LABİRİNT: Yuxuda labirint real həyatda sizi tələ və ticari işlərdə qarışıq vəziyyətlərin gözlədiyinə işarədir. Ailə həyatınız dözülməz hala gələcək; uşaqlar sözünüzə baxmayacaq, həyat yoldaşınız isə pis xarakteri və sizə qarşı düzgün olmamağı ilə sizi təəccübləndirəcək.Yuxuda qaranlıqda labirintdə dolaşırsınızsa, bu, tezliklə keçəcək xəstəlik və xoşagəlməz hadisələrdən xəbər verir. Dəmiryol labirinti sizə gəlir gətirməyən uzun və yorucu səyahətə işarədir. Sizi sevindirəcək yeganə şey maraqlı insanlarla görüş olacaq.

Çaşqınlıqdan yaxa qurtara bilmirsiniz; çıxış yolu tapmaq – maneələri aradan qaldırmağa işarədir.

Labirintin dolaşıq gedişlərində azmaq pis əlamətdir. Belə yuxu həyatda sizin həyatınızdan razı olmadığınızdan xəbər verir. Sizə elə gəlir ki, siz öz həyatınızı yoluna qoymaq üçün yeni işlər görür, lakin əslində yerinizdə sayırsınız. Fəal olun, yoxsa həyat hiss olunmadan sizin yanınızdan keçib gedəcək. Yuxuda labirintdən çıxış yolunu tapa bilməmək real həyatda sizin üçün çox çətin dövr olduğu deməkdir. Siz qarşıda böyük kədər his edəcək və uzun müddət özünüzə gələ bilməyəcəksiniz. Ola bilsin ki, siz həyatınızın artıq başa çatdığı barədə fikır tərk etməyəcək. Lakin pərişan olmayın, çünki çəkdiyiniz bütün əzablara görə mükafatlandırılacaqsınız. Yuxuda labirintdən çıxış yolunu tapmaq yaaxın vaxtlarda həyatınızın yoluna düşəcəyi deməkdir. Başlıcası, daim öz əbədi yol yoldaşınız olan Cənab Allahı unutmadan müqəddəs məqsədlərə doğru gedin. Labirintdə kimisə axtarmaq, yaxın vaxtlarda bir zaman möhkəm incitdiyiniz adamın köməyi sizə lazım olacaq. Siz onunla əvvəlki münasibətləri bərpa etməyə çalışacaq, barışıq üsulalrı axtaracaq, lakin hər şeydən göründüyü kimi, bunu etmək çox çətin olacaq. Bəzən belə yuxu müqəddəs məqsədlərə doğru çox çətin yoldan xəbər verir. Öz planlarınızı qurarkən siz hətat onların həyata keçməsi üçün nə qədər vaxt və qüvvə lazım olması barədə heç düşünmürsünüz. Əgər yuxuda labirintdə gizlənirsinizsə, gələcəkdə öz işlərinizi çox dolaşdıracağınız deməkdir.Hətat ola bilsin ki, siz öz məqsədlərinizə çatmaq üçün cinayət belə törədə bilər, ona görə hətat ədalət məhkəməsindən qaçmaq üçün uzun müddət gizlənməli olarsınız. Bəzən belə yuxular çox sadxə səbəbdən yuxu sahibinin tənhalığından xəbər verir: o ətrafdakılarla ünsiyyətdən qaçır. Əgər labirintdə sizin arxanızca kabus qaçırsa, onda tezliklə bütün Yer üzünə çoxdan ölmüş dinozavrları xatırladan dəhşətli kabusun peyda olması məlum olacaq. Bu kabus çox təcvavüzkar olacaq və yer sakinlərinə çoxlu bədbəxtliklər gətircək, çüni onu planetimizə insanlığı cəzalandırmaq istəyən şər qüvvələr göndəriblər.

LABORANT: Yuxuda laboratoriyada işləyirsinizsə, bu, ətrafdakıların sizə qarşı hörmətinə işarədir. İstədiyinizə nail olacaqsınız. Yuxuda işə laborant götürmüsünüzsə, bu yuxu sizin sonda istənilən nəticəni verməyəcək işə çoxlu enerji sərf edəcəyinizə işarədir. Gənc qız yuxuda laboranta aşiq olduğunu görübsə, bu, xoşagəlməz söhbətlərə işarədir.

LABORATORİYA: Yuxuda laboratoriya görmək o deməkdir ki, öz qüvvənizi lazımi istiqamətə yönəldəcəksiniz. Gənc insanlara belə yuxu uğurlu peşə seçiminə işarədir. Yuxuda laboratoriyadasınızsa, sizi çoxdan bəri can atdığınız hörmət, nüfuz gözləyir. Yuxuda özünüzü laboratoriyada kimyagər kimi görmüsünüzsə, bu, sizin sonda istənilən nəticəni verməyəcək işə çoxlu enerji sərf edəcəyinizə işarədir. Laboratoriyada elmi təcrübələr aparmaq o deməkdir ki, yaxın günlərdə öz vəziyyətinizi yaxşılaşdırmaq üçün heç nə edə bilməyəcəksiniz. Yuxuda təcrübənin uğurla tamamlandığını görsəniz, işlər axıra qədər belə getməyəcək.

Xəstəlik əlamətidir.

LAK: Yuxuda dırnaqlarını lakla boyamaq o deməkdir ki, gözəl həyata can atmaq səmərəsizdir. Sizin belə həyatı yaşamaq üçün kifayət qədər pulunuz yoxdur. Gənc qız üçün belə yuxu sevgilisi ilə çox maraqlı gecəyə işarədir. Dırnaqdan lakı silmək o deməkdir ki, siz pis adamla tanış olacaqsınız. Yuxuda saçınıza lak vurursunuzsa, səyahətiniz uğursuz tamamlanacaq. Yuxuda lak almaq – gözlənilməz itkilərə işarədir.

LAL: Yuxuda lalla danışmaq bir çox qeyri-adi hadisələrə işarədir ki, bunun nəticəsində cəmiyyətdə özünüzə müvafiq mövqe tutacaqsınız. Yuxuda özünüzü lal görmüsünüzsə, bu bədbəxtlik və ədalətsiz zülmlərə işarədir. Həmçinin, ola bilsin, bu yuxu sizin insanlarla ünsiyyətinizə mane olan boşboğazlığınıza qarşı xəbərdarlıqdır.

LAMPA: Yuxuda yağla doldurulmuş lampa görmək məmnun qalacağınız iş fəallığına işarədir. Boş lampa depressiya, ümidsizlik və məyusluğa işarədir. İşıqlı, alışıb yanan lampa görmək layiq olduğunuz uğur və ailə xoşbəxtliyinə işarədir. Əgər lampa zəif işıq verirsə, real həyatda sizə qısqanclıq və həsəd, şübhələr əziyyət verəcək və bu hisslərinizi sizin bədbəxtliyinizə səbəb olan adama tökdükdən sonra rahatlanacaqsınız. Yanan lampanı əlindən yerə salmaq o deməkdir ki, real həyatda planlarınız uğursuzluğa düçar olacaq, arzularınız həyata keçməyəcək. Lampa yuxuda partlayırsa, əvvəlki dostlarınız sizin maraqlarınıza zərbə endirmək üçün düşmənlərinizlə birləşəcəklər. Sınıq lampa qohum və ya dostunuzun ölümünə işarədir. Yuxuda lampanı yandırmaq işlərinizdə sizə gəlir gətirəcək gəlirə işarədir. Lampa aparmaq o deməkdir ki, yuxuda öz fikirlərinizi başqalarının fikirlərindən üstün tutaraq müstəqil olacaqsınız. Lampada yanan işıq sönərsə və ya zəifləyərsə, sizi bədbəxt tale və ola bilsin ki, dost və qohumlarınızın ölümü gözləyir. Yuxuda bərk qorxmusunuzsa və yaxud lampanı pəncərədən atmısınızsa, düşmənləriniz sizi tələyə salacaqlar. Əgər paltarınız lampadan yanıbsa, siz simpatiya və mehribanlıq gözlədiyiniz yerdə alçalacaqsınız. Bundan başqa, ticari işləriniz xüsusilə uğursuz alınacaq.

LAQEYDLİK: Yuxuda dostunuza və ya başqasına laqeydsinizsə, bu o deməkdir ki, sevgi axtarışlarınız sizin qaraqabağlığınız və kəskin xoşagəlməz hərəkətlərinizə görə uğurla nəticələnməyəcək. Yuxuda sizə qarşı laqeyddirlərsə, real həyatda uğursuz qismətinizə təəssüflənmək üçün səbəbləriniz yaranacaq.

LAVA: Yuxuda yanar lava görmək o deməkdir ki, siz elə güclü sevəcəksiniz ki, bütün əvvəlki əlaqələrinizi unudacaqsınız. Yuxuda qızğın lava axınından xilas olduğunuzu görmüsünüzsə, çox yaxında pis xəbər alacaqsınız. Yaxın adamınızı itirə bilərsiniz. Soyumuş lava görmək müdhiş qalmaqalın iştirakçısı və ya fövqəladə hadisənin şahidi olacağınıza işarədir. Gənc adam belə yuxu görübsə, bu o deməkdir ki, boş şeylərə görə məyus olmağa dəyməz.

LAYNER: Yuxuda yelkənli layner görmək işlərinizin müsbət istiqamətə dəyişəcəyinə işarədir. Belə yuxu sevgililər üçün xoşbəxtliyə işarədir.

LAZER: Yuxuda lazer şüalarının köməyi ilə əməliyyat aparmaq – siz çox tez-tez dostlar və yaxınlarınızın dəstəyinə bel bağlayırsınız, buna görə də müstəqil qərar verməkdə çətinlik çəkirsiniz. Başqalarının məsləhətləri və köməyindən sui-istifadə etməyin. Lazeri dağıdıcı məqsədlərlə istifadə etmək – belə yuxu açıq ifadələr və emosiyalardan xəbərdar edir. Yuxuda lazer nişanlı silahdan istifadə etmisinizsə, həqiqətdə sizi gözləmədiyiniz adam tərəfindən yalan və hiylə gözləyir.

LENT: Yuxuda kiminsə paltarından asılan lent görmək yaxşı əlamətdir, sizi şən və yaxşı dostlar və ehtiyac içindən asanlıqla çıxma gözləyir. Qız yuxuda özünü lentlə bəzəyirsə, bu o deməkdir ki, uzun müddətdən bəri gözlədiyi evlilik təklifini alacaq; lakin yüngül xasiyyəti onun səhv etməsinə gətirib çıxara bilər. Əgər o, yuxuda başqa qızların lentlə bəzəndiyini görübsə, bu o deməkdir ki, onun gələcək ərinə göz qoyan rəqibləri meydan çıxacaq. Qız yuxuda lent alırsa, həyatı xoş və asan keçəcək. O, lentlərdən razı deyilsə, hirslənibsə, deməli, tezliklə yaxın dostlarının əhatəsində rəqibini aşkar edəcək.

LEYSAN: Yuxuda leysan görmüsünüzsə, bu o deməkdir ki, tezliklə böyük həyəcan keçirəcəksiniz.

LEZBİAN: Yuxuda lezbianla ünsiyyətdəsinizsə, bu yuxu dərhal yeni iş təklifləri alacağınıza işarədir. Yuxuda lezbian olmaq o deməkdir ki, bütün dostlarınız sizdən üz döndərəcək. Yuxuda öpüşən lezbianlar görmək sizin ciddi problem yaşayacağınıza və bundan məharətlə qurtulacağınıza işarədir. Gənc qız yuxuda özünü lezbian kimi görürsə, belə yuxu onun tənhalıqdan və kişi qayğısından uzaqda olduğuna, lakin vəziyyəti düzəldə bilmədiyinə işarədir. Yuxuda qızınızın lezbian olduğunu görmüsünüzsə, bu, real həyatda uşaqlarınıza kifayat qədər vaxt ayıra bilmədiyinizə və bundan məyus olacağınıza işarədir.

LİMON: Yuxuda enliyarpaqlı limon ağacına baxmaq sevdiyiniz adama qarşı qısqanclığa işarədir. Limon yemək alçalmaq və kədərə işarədir. Yaşıl limon yoluxucu xəstəliklərə işarədir. Yuxuda quru limon yemək evlilər üçün boşanma, sevgililər üçün münasibətlərin korlanmasına işarədir.

LİMONAD: Yuxuda limonad içirsinizsə, başqalarını razı salmaq üçün pul vəsaitinizi genişləndirmək planlarınızı təqdim etməklə digərləri ilə rəqabət aparacaqsınız və bütün bunlar sizin xərcləriniz bahasına başa gələcək.

LOMBARD: Yuxuda lombarda girmisinizsə, sizi kədər və itki gözləyir. Yuxuda əşyalarınızı lombarda qoymusunuzsa, bu o deməkdir ki, həyat yoldaşınızla və ya sevgilinizlə xoşagəlməz hallar və işlərdə məyusluq gözlənilir. Gənc qadın yuxuda lombarda gedirsə, o, ağılsız bir işdə günahkar olacaq. Çox güman ki, dostunun itirməyindən kədərlənəcək. Əşya geri almaq sizin itirilmiş mövqeyinizi yenidən qazanacağınıza işarədir. Yuxuda lombarda baxırsınızsa, bu o deməkdir ki, sizə olan etibara etinasız yanaşaraq təhlükədə olacaqsınız. Yaxşı adınızı qurban verərək xoşagəlməz işlərdə iştirak etməli olacaqsınız.

LOTEREYA: Yuxuda lotereyaya böyük maraq göstərdiyiniz görsəniz, bu gözəl bir səyahətə imkan yaradacaq iş quracağınıza işarədir. Yuxuda xoşbəxt lotereya bileti görmək birjada udacağınıza, lakin bunun sizə narahatlıq gətirəcəyinə işarədir.Yuxuda başqalarının udduğunu görmək tezliklə maraqlı və şən insanlarla əyləncədə olacağınıza işarədir. Yuxuda lotereyanı uduzmusunuzsa, pisniyyətli insanların qurbanına çevriləcəksiniz və depressiyaya düşəcəksiniz. Gənc qadın yuxuda lotereya görübsə, bu o deməkdir ki, onun yüngül hərəkətləri peşmançılıq və məyusluğa gətirib çıxaracaq və əri etibarlı olmayacaq. Yuxuda lotereya görmək mümkün yalan və tələyə düşçə ehtimalına işarədir. Qız üçün belə yuxu ümidlərinin boşa çıxacağına işarədir.

LÖVHƏ: Əgər qız özünü çürümüş taxtalar düzülmüş bulanıq axından keçirsə, bu o deməkdir ki, o, sevdiklərinin ona laqeydliyini və yaxud digər kədər və xoşagəlməz halları ciddi sarsıntı ilə qarşılayacaq. Məhkəm döşəmə üzərində gəzmək yaxşı əlamətdir, lakin belə yuxunu görən adam öz hərəkətlərində ehtiyatlı olmalıdır.

LUNATİK: Yuxuda özünüzü lunatik görmüsünüzsə, bu o deməkdir ki, həyatda hansısa şərti könülsüz olaraq qəbul edəcəksiniz və bu razılaşmanız sizə çoxlu qayğı gətirərək uğursuzluqla nəticələnəcək.

LƏLƏK: Yuxuda ətrafınıza düşən lələklər görmək o deməkdir ki, yüngül xoşagəlməz hadisələr olacaq. Qartal lələyi görmək o deməkdir ki, səyləriniz baş tutacaq. Yuxuda toyuq lələkləri görmüsünüzsə, bu, böyük peşmançılığa işarədir. Qaz və ya toyuq lələyi almaq, satmaq çiçəklənmə və xoşbəxtliyə işarədir. Qadın yuxuda yumşaq və və digər gözəl lələklər görübsə, bu, cəmiyyətdə onun şübhəli vasitələrlə uğur əldə edəcəyinə işarədir. Yuxuda ədəbiyyata meylli insanlar lələk görüblərsə – onları uğur gözləyir. Yuxuda qız lələyi şlyapasına qoyubsa, bu o deməkdir ki, o, çoxlarını özünə məftun etmək istəyir, onun uğuru isə gözəlliyi və cazibədarlığından asılı olacaq.

LƏVAZİMAT, QAŞIQ: Yuxuda qaşıq görmək və ya ondan istifadə etmək yaxşı əlamətdir, uğura işarədir. Ev işləri sizə sevinc və məmnunluq gətirəcək. Yuxuda qaşıq itirmisinizsə, bu o deməkdir ki, hansısa ağılsız bir işdə sizdən şübhələnəcəklər. Yuxuda qaşıq oğurlamaq o deməkdir ki, simicliyiniz və öcəşkənliyinizə görə töhmətə layiqsiniz. Yuxuda sınıq və çirkli qaşıqlar itki və bədbəxtliyə işarədir.

LAVANDA ÇİÇƏYİ: Anormal bəzi durumlarla qarşı-qarşıya qalına biləcəyinin bəlirtisi olaraq qəbul edilir. Lavanda çiçəyi qurusunu yastıq, yataq arasına qoymaq-qara sevda bəlirtisi kimi yozulur. Lavanda odekolonu isə müjdəyə yozulan röyalardan hesab edilir.

LAĞIM: Yuxuda lağıma düşdüyünü görən adam iş həyatından dolayı asanlıqla qurtara bilməyəcəyi bir duruma düşəcəkdir. Röyanı görən qadınsa, dostu onu aldadaraq pulunu əlindən alacaqdır.

LADİN (şam ağacı növü): Röyasında ladin ağacı görən adam qısa zamanda muradına yetişəcəkdir.

LALƏ: Yuxuda lalələrlə bəzənmiş bir çəmənlik görmək-röya sahibi öz mühitində faydalı bir vəzifəyə təyin ediləcəksə də, bu vəzifə onun şəxsi rahatlığını və əmin-amanlığını pozacaqdır. Röyada lalə toplamaq-təhlükəli bir yoldaşlıqdan sonra vaxtında ayılıb işin fərqinə varacaq və bu təhlükəni aradan qaldıra biləcəksiniz.

LAF ATMAQ, (söz atmaq): Röyada birisinə, yaxud gənc bir qıza söz atmaq-acizliyə işarədir.

LACİVƏRD (səmavi rəng): Rəsmi bir toplantıya çağrılacaqsınız.

LEYLƏK: Röyada leylək görmək yolçuluğa, səfərə yozulur, eyni zamanda, toplantı və ortaqlığı sevən kimsələri ifadə edir. Qış aylarında leyləkləri bir yerə toplanmış görmək-oğurluğa və ya yol kəsməyə, düşmənlə savaşa, havanın soyuq olmağına, üzüntü və iztiraba içarədir. Leyləklərin dağınıq olduğunu görmək-səfərə çıxmaq istəyən, yaxud səfərə ərəfəsində olan adam üçün xeyrə əlamətdir. Röyada leylək görmək-evə qonaq gələcəyini də ifadə edir.

LEHİM: Röyada bir tənəkə lehimlədiyini görən adam başladığı işi uğurla sona çatdıracaqdır.

LEHİMÇİ (tənəkəçi): Röyada lehimçi-tənəkəçi görmək-qadının xəstələnəcəyinə işarədir.

LEŞ: Çox pis bir xəbər alacağına işarə sayılır.

LƏKƏ: Bir adamın yuxuda öz paltarında ləkə görməsi-üzüntüyə və kədərə; günəşdə ləkə görmək-qorxu və dəhşətə işarədir.

LİKÖR: Röyada bir toplantıda likör içdiyini görən adamın başına pis bir iş gələcək.

LİLİPUT: Səhnədə və ya başqa bir yerə liliput görmək-xeyrə yozulur, dərd-sərinizin yuxuda görülən balacaboy insanlar kimi xırda və əhəmiyyətsiz olduğunu göstərir. Röyada bir liliputa yardımda bulunmaq-əvvəllər kiməsə eləmiş olduğunuz yaxşılıq uzun zaman unudulmayacaq və bəlkə də ehtiyac duyduğunuz bir məqamda bunun əvəzini, mükafatını görəcəksiniz.

LİMAN: Yuxuda liman görmək-gələcəkdə çox məsud və xoş olaylara şahid olacaqsınız.

LİRƏ (pul): Röyada yoldan bir lirə tapmaq-uzun bir səfərə çıxılacaq deməkdir.

LOBYA: Röyada lobya görmək və ya lobya xörəyi yemək-hər sirrinizi dostlarınıza açır və bu səbəbdən də daima zərər görürsünüz.

LOBYA SALATI: Yuxuda lobya salatı yeyən adamın yaxın günlərdə əlindən pul gedəcəkdir.

LOVĞA: Yuxuda lovğa və ədabaz bir adam görən şəxs ətrafındakıların sevgisini və etibarını qazanacaq, çətinbir mübarizədən zəfərlə çıxacaq, sevgisi qarşılıqlı olacaq, sağlığı (səhhəti)düzələcəkdir.

LORD: Röyada bir lord, daha doğrusu, ingilis lordu görmək-fırıldağa düşəcəksiniz.

LÜĞƏT, SÖZLÜK: Röyada açıq lüğət kitabı görmək-əzmkar və diqqətli olmağınız sayəsində çoxlu pul qazanacağınıza işarədir. Bağlı lüğət kitabı-dostlarınızın haqqınızda söylədiyi gurultulu sözlərə və təriflərə uymamağın gərəkliyini ifadə edir.

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər