F – Yuxu Yozumları

FABRİK: Fabrik görmək – yaxşı əlamətdir; Fabrik sahibi olmaq – rədd olunmuş sevgidən xəbər verir.

FİL: Fil müdriklik, güc, və bir hallarda qəddarlıq və qisas rəmzidir. Çiynində ulduzlar olan fil görmək Amerikada Respublikaçılar partiyasının hakimiyyətə gələcəyinə işarədir. Yuxuda ağ fil həyatda faydasız nailiyyətlər edəcəyinizə işarədir.

FIRÇA: Sizi qorxu gözləyir, ayaqqabı fırçası – yaxşı iş tapacaqsınız; diş fırçası – həyatdan zövq alacağınıza işarədir. Paltarı fırça ilə təmizləmək – sadəlövh olmayın.

FIRFIRA: Yuxuda hərəkətsiz fırfıra görmək durğunluq, apatiya, tezliklə keçməyəcək ruh düşkünlüyünə işarədir. Yuxuda fırfıra fırlanırsa, bu o deməkdir ki, yaxın vaxtlarda həyatınızda hadisələr elə sürətlə inkişaf edəcək ki, siz baş verənlər barədə düşünməyə imkan tapmayacaqsınız. Belə ritm sizdə çaşqınlıq və pərişanlıq ayaradacaq, lakin sonra anlama və sakitlik gələcək. Yuxuda fırfıranı işə salmaq həyatınızda dəyişikliyə ehtiyac hiss edəcəksiniz və bu mənəvi təkamül, mənvi iş olmalıdır.

FORMALI PALTAR: Formalı paltar haqqında yuxu – bir qayda olaraq özünü dərk etmək barədə yuxudur. Paltar vasitəsilə obraza uyğun gəlmək mədəniyyətin gizli qaydalarından biridir və çox vaxt qarderobumuzun bir hissəsini müəyyən rollar üçün formalı paltarlar təşkil edir. Belə yuxularda paltarın rəsmi olması və ya bir çox adamlarda eyni paltarın olması əhəmiyyət kəsb etmir. Əyninizdə formalı paltar varsa və digər insanlar da bu cür paltar geyinibsə, onda fikirləşin ki, yanınızda kim var və sizi nə birləşdirir? Siz formalı paltardasınızsa, başqaları isə deyilsə, bu o deməkdir ki, siz özünüzü başqalarına münasibətdə vicdanlı hesab edirsiniz, onlar isə sizi kifayət qədər qiymətləndirə bilmir. 24 yaşlı kişi öz yuxusunu danışır: Mən hərbi-dəniz donanmasında xidmət edirəm. Mən hazırlıq keçməmişəm. Gəmidə yeganə formalı paltarım yay üçün, ağ rəngli paltardır. Əhatəmdəki adamlar göy formalı paltardadır və gəmidə hamı lazım olduğu kimi hərəkət etmir. Bu adam – kollecin tələbəsi hərbi-dəniz donanmasında zabit rütbəsinin alınmasını götür-qoy edib. O, çox həyəcanlıdır, qərar verməkdə çətinlik çəkir. Yuxu onun narahatlığını əks etdirir və vəziyyəti təfərrüatı ilə öyrənməyin vacibliyini göstərir. Formalı paltar həmçinin hakimiyyət rəmzi ola bilər. Formalı paltar geyinən adama diqqət yetirin.

FOTOAPARAT: Əsas yeri fotoaparatların tutduğu yuxu əlavə məlumat almaq və gizli fikirləri tutmaq, hərəkəti ani olaraq dayandırmağa cəhdi əks etdirir. Siz hansısa müəyyən bir şeyi, yoxsa çox şeyi birdən çəkirsiniz? İnsanlar, məkan və obyektlərin şəklini çəkirsiniz? Boş vaxtınızda şəkil çəkərək zövq alırsınız yoxsa xüsusilə hansısa faktları saxlamaq üçün çəkirsiniz? Ola bilsin ki, həyatınız çox sürətlə irəliləyir və bəzi nüansları tuta bilmirsiniz.

FƏRASƏTSİZLİK: Yuxuda fərasətsiz olduğunuzu görmək işlərinizdə qarışıqlıq və arzuolunmaz qonağın gözlənilməz səfərinə işarədir. Gənc qadına bu yuxu gözlənilməz rəqibdən xəbər verir. Yuxuda sevgilinizi fərasətsiz görmək o deməkdir ki, sizi kədərləndirəcək.

FƏSƏLİ: Yuxuda fəsəli (blin) yemisinizsə, bu o deməkdir ki, işlərinizdə uğurlar gözlənilir. Yuxuda onları bişirmək sizin həyatda qənaətcil olmağınıza işarədir.

FOTOŞƏKİL: Yuxuda öz fotoşəklinə baxmaq pis əlamətdir. Belə yuxu öz işinizdıən heç bir zövq almamağınızdan, öz ailə həyatınızdan və hətta öz zahiri görünüşçünüzdən narazı olmağınıza işarədir. Sizə elə gəlir ki, sizi pis tale izləyir.Əgər bundan sonra da bu fikirlər sizdən əl çəkməsə, həyatınız hiss olunmadan və məqsədsiz keçib gedəcək. Yaxın adamınızın şəklinə baxmaq reallıqda bu adamın taleyilə bağlı ciddi narahatlıq keçirəcəksiniz. Yuxuda fotoşəkli cırmaq böyük bədbəxtliyə səbəb olacaq. Sizi faciəli xəbər gözləyir. Hər halda belə yuxu yaxın adamın itəcəyindən, onun tapılmayacağından xəbər verir. Yuxuda fotoşəkli itirmək öz işlərinizdə daha ehtiyatlı olmağınıza işarədir. Siz yaxşı hərəkət etmirsiniz, bəzən şərəf və vicdan kimi anlayışlar haqda tamamilə unudursunuz. Dayanın, çünki bütün dünya işlərilə bağlı axirətdə cavab verməli olacağıq. Yuxuda fotoşəkillə gələcək haqda bilmək üçün falçının yanına getmək sizin tez inanan, sadəlövh adam olduğunuza işarədir. Prinsip etibarilə bu, o qədər də pis cəhət deyil, lakin siz tez-tez öz sirrinizi lazımi adamlara etibar edirsiniz. Müdrik dindar adamlara öz niyyətlərini açmaq və məsləhət istəmək lazımdır.

FABRİK (ZAVOD): Cavan oğlanın özünü fabrikdə və ya zavodda işləyən görməsi-başqalarının öyrətməsi və təhriki ilə tutacağı işdən peşman olacağına işarədir. Gənc qadın üçün bu röya onun hədiyyə olaraq xoşuna gələn bir geyim əşyası alacağına; yaşlı adam üçün isə-öhdəsinə düşən işi yaxşı nəticəylə başa vuracağına yozulur.

FABRİK (ZAVOD) SAHİBİ: Yeni bir iş təşəbbüsündə olmaq anlamına gəlir.

FAİZ (SƏLƏM): Faiz (sələm) ödəmək-istəmədən günaha batacaqsınız. Faizlə (sələmlə) pul almaq-birisi tərəfindən öyrədilib yoldan çıxarılacaqsınız.

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər