Qüsur deyil individuallıqdır

Aydın görmə qabiliyyəti hər bir uşağın tam keyfiyyətli həyatı üçün əsas şərtdir. Elmi-texniki tərəqqi bəşəriyyətə yeni imkanlarla yanaşı görmə qabiliyyəti ilə bağlı getdikcə artan problemlər də gətirdi. Xüsusilə son 10-15 ildə görmə zəifliyi olan uşaqların sayı günü-gündən artır. Uşaqlarda miopiya (yaxındangörmə), hipermetropiya (uzaqdangörmə), astiqmatizm, çəpgözlük, ambliopiya (göz tənbəlliyi) kimi tez-tez rast gəlinən görmə qüsurlarının erkən aşkarlanması, vaxtında düzgün müalicəsi ilk növbədə kiçik pasientlərimizin valideynlərindən aslıdır. Dünyanı aydın və nurlu görə bilən körpə onu tam anlamıyla qavrayır. Belə ki, uşağınızın görmə probleminin müalicəsinə nə qədər erkən başlasaz, onun görmə qabiliyyəti bir o qədər artar. Əlbəttə ki, körpəniz zəif gördüyünü sizə deməyəcək. Çünki o, yaxşı görmə və pis görmə arasındakı fərqi hələ anlamır, dünyanın elə göründüyü kimi olduğunu zənn edir. Lakin diqqətli və qayğıkeş valideyn övladındakı dəyişiklikləri vaxtında hiss edib həkimə müraciət etməlidir.
Göstərilən əlamətlər uşağın zəif görməsinin ilkin təzahürü ola bilər:

  • gözlərini qıyaraq baxır;
  • televizora çox yaxından baxır;
  • baş və boynunu bir tərəfə əyir;
  • başında və gözündə ağrılardan şikayətlənir;
  • kitab oxuyarkən, yazı yazarkən başını kitabın üstünə əyir;
  • qiraət zamanı çox tez yorulur, hərflərin əyildiyini, gözündən qaçdığını deyir;
  • gözlərini tez-tez qırpır;
  • gözlərində qızartı, yaşaxmalar olur;
  • gözdə çəplik, hətta qısa müddətli özünü göstərən çəpgözlük belə şübhə doğurmalıdır;
  • gözlərdə hiss olunan quruluş fərqi, asimmetriya.

Belə hallar müşahidə edildikdə, zaman itirmədən oftalmoloqa müraciət etmək vacibdir.

Görmə qüsurlarına qısaca aydınlıq gətirək. Miopiya nədir? Bu zaman göz almasının ön-arxa ölçüsü bir qədər uzun olur. Belə uşaqlar uzaqdakı predmetləri aydın görə bilmirlər. Əvvəllər miopiya daha çox məktəb yaşlarında rast gəlinirdisə, indi körpələrin kompüterlə çox erkən tanışlığı, televizor önündə saatlarla vaxt keçirməsi miopiyanın daha kiçik yaşlarda yaranmasına səbəb olub. İkinci ən çox rast gəlinən refraksiya qüsuru hipermetropiyadır. Hipermetrop uşaqların göz ölçüsü kiçik olur, əksər hallarda həm yaxını, həm də uzağı zəif görürlər. Astiqmatizm daha mürəkkəb refraksiya qüsuru olub, gözün şüasındırma qabiliyyətinin əsas meridianlarda fərqli olmasıdır. Belə uşaqlar hər şeyi yayılmış, dartılmış, başqa sözlə təhrif olunmuş görürlər.
Oftalmoloq tərəfindən körpənin ətraflı, obyektiv müayinəsi zamanı bu diaqnozlardan biri qoyularsa, əksər hallarda ilkin müalicə etapı kimi eynək korreksiyasından istifadə olunmalıdır. Həkimin “uşağınız eynək taxmalıdır” dediyi andan da ilk çətinliklər yaranır. Əksər valideynlər bu halı böyük təşvişlə qarşılayır, hətta bunu faciəyə çevirənlər və yaxud “mənim uşağımın heç nəyi yoxdur, eynək taxmayacaq!” deyib eynəkdən tamamilə imtina edənlər də tapılır. Hörmətli valideynlər, övladınızın göz sağlamlığı hər şeydən vacibdir! Çünki vaxtında müalicə olunmayan, eynək geyməyən uşaqlarda gələcəkdə ambliopiya, çəpgözlük, binokulyar görmə pozğunluqları kimi qarşısı alınmayan fəsadlar yarana bilər. Bu halda zaman sizin əleyhinizə işləyir. Unutmayaq ki, uşağın görmə aparatı 6-7 yaşlarınadək formalaşır. Gecikmiş hallarda uşağın gözü quruluş baxımından sağlam görünsə də görməyi ömürlük zəif qalır. Başqa sözlə, uşaqda görmə tənbəlliyi- ambliopiya yaranır. Həmçinin çəpgözlüyün müalicəsi zamanı həkimin təyin etdiyi eynək vaxtlı vaxtında taxılmazsa, müalicə nəticəsiz olacaq. Kosmetik deffektdən əlavə, həm də funksional baxımdan keyfiyyətsiz görmə formalaşa bilər. Uşaqda binokulyar görmə, yəni iki gözlə birgə görmə, dərindən, 3D görmə duyğusu itər. İkinci mühüm çətinlik də körpənin eynək taxmaq istəməməsidir. Bu məsələdə uşaq psixoloqu oftalmoloqun köməyinə yetir.

Ümumiyyətlə, körpələrə ilk eynək təyin edilərkən oftalmoloqla yanaşı uşaq psixoloqunun birgə işi vacibdir. Psixoloqun köməyilə uşağın eynəyə psixoloji adaptasiyası aparılır. Eyni zamanda valideynlərlə də iş aparılır. Yaşıdları tərəfindən lağa qoyulmaq, rişxəndlə qarşılaşmaqdan qorxan körpənin ilk növbədə valideyn dəstəyinə ehtiyacı var. Əziz valideynlər, ən azından körpənizin eynəyinin gələcəkdə yumşaq kontakt linzalarla əvəz oluna biləcəyi və ya 18-19 yaşlarında ekzimer lazer əməliyyatı ilə eynəkdən bir dəfəlik azad olma alternativlərini düşünərək səbirli olmağa çalışın. Övladınıza anlayış göstərin, onun sağlam olduğunu qəbul edin. Unutmayın ki, eynək sizin övladınızın qüsuru deyil, individuallığıdır!

Əsmər Cümşüdova
Oftalmoloq

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər