Ağır dərəcəli problem

Koxlear İmplantasiya nədir?

Artıq neçə ildir ki, dünyada ağır dərəcəli eşitmə problemi olanlara koxlear implantasiya əməliyyatı tətbiq olunur. Koxlear implantasiya (Kİ) çox ağır (IV dərəcə) və total (karlıq) dərəcədə sensonevral eşitmə azlığı olan uşaq və böyüklərin tam sosial adaptasiyasına yönəlmiş tədbirlər proqramıdır. Kİ-nin funksiyası ilbizdə olan eşitmə sinirinin liflərinin elektrik impluslarla stimullaşdırılmasından ibarətdir. Koxlear implantasiya elə bir tibbi qurğudur ki, xarici və daxili hissəni təşkil edir..

Xarici hissəyə mikrafon, mikroprosessor (səslərin elektrik impluslara çevrilməsi üçün) və ötürücü daxildir, bu saçın altına dəriyə qoşulur.

Koxlear İmplantasiyanın Eşitm Problemi Olan UŞAQLARIN Daxili implant olunmuş hissəyə isə qəbuledici, siqnalların deşifrəedicisi və ilbizə yeridilmiş elektrod zəncir daxildir. Bu əməliyyat daxili qulaqda aparılır. Əməliyyat zamanı daxili qulağa xüsusi elektrodları olan implant yerləşdirilir, yəni daxili qulaq protezləşdirilir. Belə əməliyyat həm uşaqlarda, həm də böyüklərdə aparılır. Əməliyyatdan sonra bu şəxslərdə eşitmə imkanı yaranır.

Lakin karlıq ilbizdəki lif hücüyrələrinin ölməsi və ya zədələnməsi ilə bağlı deyilsə, məhz eşitmə sinirinin məhvi və ya böyük yarımkürələrin gicgah payında yerləşmiş eşitmə analizatorlarının mərkəzi şöbələrinin tənəzzülü ilə bağlıdırsa, bu zaman Koxlear implantasiya heç bir nəticə verməyəcəkdir. Buna görə də əməliyyat etmək qərarına gəlməmişdən öncə mütləq əməliyyat olunan şəxs lazımi müayinələrdən keçməlidir.

Birinci növbədə audiometriya vasitəsilə onun hər iki qulağının eşitmə dərəcəsi yoxlanmalı, əməliyyatın sağ və ya sol qulaqda aparılacağı müəyyən edilməlidir. Sonra pasient lor həkiminə, nevropotoloqa müraciət etməli, elektroensefaloqrafiya olunmalı (eplepsiyalı olmamalı), kompüter və maqnit-rezonans tomoqrafiyası elətdirməlidir (digər maneçilik törədən səbəblər olarsa aşkarlanmalıdır). Həmçinin pasiyentin heç bir psixi problemləri olmamalıdır. Orta qulağın, ilbizin, təbil pərdəsinin də vəziyyəti haqqında müsbət cavab aldıqdan sonra əməliyyata qərar verilə bilər.

Bununla yanaşı əməliyyat qərarına gəlmiş valideynlərə bunun nəinki cərrahi əməliyyat, həm də sistemli bir proses olacağı başa salınmalıdır. Bildirilir ki, Kİ 3 mərhələdən keçməlidir və buna dəqiqliklə əməl olunmalıdır. Əks təqdirdə gələcəkdə əməliyyatdan yaxşı nəticə almaya bilərsiniz.

I mərhələ – pasientin hərtərəfli müayinədən keçməsi

II mərhələ – cərrahi əməliyyat

III mərhələ – reabilitasiya mərhələsi adlanır

Ən çətin, uzun yol reabilitasiya mərhələsidir ki, onun uzanması və effektivliyi bir çox amillərdən, faktorlardan, ən əsası isə eşitmənin itmə vaxtından və implantasiyaya hansı yaşda qədəm qoyduğundan asılıdır. Reabilitasiyaya əməliyyatdan 40-45 gün sonra başlanılır. Əvvəl eşitmə mərkəzində aparat köklənilir, quraşdırılır, sonra isə surdopedaqoqla pasientin bu məsuliyyətli yolda ilk addımları atılır. Valideyn bunu da bilməlidir ki, reabilitasiya müddəti 5-7 ilə qədər davam edə bilər. Kİ olan uşaqların inkişafı üçün demək olar ki, hər gün və ya gün aşırı aparılan korreksiya işi birinci növbədə valideyn və mütəxəssislərin öhdəsinə düşür. Ona görə də ʻʻKİʼʼ olunmuş pasiyentin reabilitasiya probleminin aradan qaldırılması üçün onların yerindəcə informasiya ilə təmin olunmaları ən önəmli şərtlərdən biridir. Valideynlər bilməlidirlər ki, uşaqları üçün uzun bir yol keçməli, diqqətli və səbirli işi icra etməlidirlər. Və nəticədə uşaq eşidib danışmağa nail olacaq. Belə valideynləri Kİ olmuş uşaqların valideynləri ilə, əsasən də müsbət cavab almış, bəhrəsini görmüş valideynlərlə tanış etmək lazımdır. Onlar bu valideynlərə lazımi məsləhətlər verir, təcrübələrini bölüşür, əməliyyatdan sonar uşaqla necə məşğul olmağı, problemlərin aradan qaldırılma yollarını başa salırlar.

Əməliyyatın bir şərti də ondan ibarətdir ki, pasiyent yaşından asılı olmayaraq əməliyyatdan öncə mütləq heç olmasa 6 ay qulaq aparatından istifadə etməlidir. Çünki qulaq həm aparata, həm də onun vasitəsilə gələn küylərə uyğunlaşmalıdır. Əməliyyatdan sonra bu küylər bərk səslərə keçdikdə pasiyent üçün narahatlığa səbəb olmasın. Adətən bu lap körpə, kiçik yaşlı uşaqlarda özünü biruzə verir. Onlar qulaqlarına əl atır, aparatı çıxarmağa cəhd göstərir. Qulağını yerə sürtür, əsəb keçirirlər. Lakin 6 ay adət etmiş olsalar yeni taxılan Kİ aparatı heç bir maneçilik törətməyəcək, bu onlar üçün bədən üzvlərindən birinə çevriləcək. Yalnız bütün bu şərtlərlə tanış olduqdan sonra əməliyyata tam qərar verilə bilər.

İndi dünyada Kİ-nin 200 mindən çox istifadəçisi var. Əgər əvvəllər sonradan karlaşmış insanlara tətbiq olunurdusa, indi bunun çox hissəsini anadangəlmə kar olan insanlar təşkil edir. Belə müəyyən edilmişdir ki, Kİ nə qədər erkən yaşlarda (2-6 yaş) olarsa, bir o qədər də nəticəsi tez və qənaətbəxş olar. Ölkəmizdə ilk dəfə qulağın protezləşdirmə əməliyyatı 2010- cu ilin axırlarında soydaşımız, hal hazırda Almaniyanın Frankfurt Mayn Universiteti Klinikasının baş boyun cərrahiyyə şöbəsinin müdiri Murad Şıxəliyev tərəfindən 20 yaşlı oğlanın üzərində müvəffəqiyyətlə aparılmışdır. Bu cür əməliyyatlara ölkəmizdə nadir hallarda rast gəlinir və bunların sayı çox deyildir.

Sevda Rzayeva
“NARINC” Uşaq Psixologiya
Mərkəzinin Defektoloq – loqoped

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər