Valideynlərin Qorxusu

“Bir uşağa mənfi təsir göstərməyən peyvənd, digər uşağın orqanizminə zədələyici təsir göstərə bilər”.

İnsan orqanizminə ağır təsir edən toksiki maddələrdən biri də ağır metallardır. Ağır metallar hətta mikroskopik dozalarda belə çox güclü təsir göstərir. Müasir texnologiyaların müxtəlif sahələrində, gündəlik həyatımızda belə istifadə etdiyimiz bir çox əşyalar özlərində ağır metalları saxlayır. Məsələn, su borularına, bəzi mebel əşyalarına sürtülən və taxtaların çürüməsinin qarşısını alan maddələrin tərkibində civə metalı və yaxud bəzi antipersperantlar, plomblar, aliminium var. Hətta, körpə uşaqlar üçün nəzərdə tutulmuş bəzi peyvəndlərin tərkibində də qurğuşun və aliminium olur.

Sağlam insan orqanizmi normal halda mütəmadi olaraq ağır metalları bədəndən çıxartmaq, drenaj etmək xüsusiyyətinə malikdir. Ancaq çox yüklənmiş, müdafiə və təmizlənmə qüvvələri zəif olan orqanizm, xüsusilə uşaq orqanizmi bunun öhdəsindən gələ bilmir. Nəzərdə saxlamaq lazımdır ki, hər bir uşağın peyvəndə reaksiyası onun genetik immun mexanizmlərindən, orqanizmin individual müdafiə qüvvələrindən asılıdır. Bu o deməkdir ki, bir uşağa mənfi təsir göstərməyən peyvənd digər uşağın orqanizminə zədələyici təsir göstərə bilər və bir çox ağır xəstəliklərin, məsələn: bronxialastma, atopikdermatit, autizm, oliqofreniya, epilepsiya və.s başlamasına gətirib çıxardar.

Çox qəribədir ki, məhz qurğuşunla zəhərlənmənin klinik əlamətləri ilə autizmli xəstələrin klinik əlamətləri çox oxşardır. ABŞ-ın Kalqari Universitetində lobaratoriya şəraitində aparılan tədqiqatlar isə mikrodozada civənin təsiri nəticəsində sinir hüceyrəsinin necə əridiyini və tam məhv olduğunu təsdiq edir. Amma bu o demək deyil ki, bütün autizm və digər xəstəliklərin səbəbi məhz vaksinasiya və ya ağır metallardır. Ağır metallar digər zədələyici faktorlarla, məsələn, perinatal patalogiyalar, doğuş travmalarının birgə təsiri ilə ağır xəstəliklərin inkişafına səbəb olur, yəni vaksinasiya burda təkan verici rol oynayır. Düzgün göstəriş olmadan, yəni körpənin immun statusu, nevroloji status və somatic vəziyyəti düzgün qiymətləndirilmədən aparılan peyvəndlənmənin, xüsusilə də eyni anda bir neçə ağır mikroba qarşı yönəlmiş vaksinlərin təsiri nəticəsində immun sistemi tam sarsılır və dağılır. Tədqiqat mərkəzlərində civədən başqa digər ağır metalların-kadmiumun, aliminiumun təsirindən yaranan xəstəliklərin, məsələn, Alsqeymer xəstəliyinin yaranmasında da bu metalların rolu öyrənilir.

Orqanizmdə maqnezium çatışmazlığı sinir oyanıqlığına, əzələ spazmalarına, uşaqlarda hiperaktivlik reaksiyalara, ürək-qan damar xəstəliklərinin inkişafına şərait yaradır.

Bir çox sadaladığımız problemlər üzündən son zamanlar orqanizmdə, xüsusilə uşaq orqanizmində ağır metalların təyin edilməsi mühüm əhəmiyyət kəsb edir. Orqanizmdə ağır metalların ən dəqiq və qeyri- invaziv diaqnostik metodikası biorezonans diaqnostikadır. Biorezonans diaqnostikanın köməyilə orqanizmdə 20-25 ağır metalı təyin etmək mümkündür. Ağır metalların orqanizmdən təmizlənməsi metodikası xelasiya adlanır. Dezintoksikasiya prinsiplərinə əsaslanan antihomotoksik preparatlar vasitəsi ilə də ağır metalları orqanizmdən təmizləmək mümkündür.

Normal halda ağır metalların orqanizmdən detoksifikasiyası, yəni təmizlənməsi 3 mərhələdə gedir. I mərhələdə toksinlər oksidləşməyə məruz qalır. II mərhələdə oksidləşmiş toksinlər hidrofil (yəni suda həll olan) molekullara konyuqasiya edir. III mərhələdə konyuqasiya olunmuş molekullar transport kanalları vasitəsilə qaraciyərdən bağırsağa daxil olmuş qlyutation ilə birləşir və orqanizmdən bağırsaq və böyrəklərin köməyi ilə xaric olunur.

Antihomotoksik preparatlar vasitəsilə təbii drenaj orqanlarını – bağırsaqları, böyrəkləri, qan və limfa sistemini, həmçinin qaraciyərin detoksifikasiya funksiyasını aktivləşdirmək və eyni zamanda bu metalları özündə birləşdirən xüsusi homeopatik komponentlərdən də istifadə etməklə ağır metalların drenajına nail olmaq mümkündür. Orqanizmin toksinlərlə mübarizəsində immune sisteminin möhkəmləndirilməsi və bağırsaq dizbiozunun aradan qaldırılması mühüm əhəmiyyətə malikdir.

Tam bioloji üsullarla aparılan xelasiyayla, yəni ağır metalların orqanizmdən drenajıyla bir çox ağır, hətta tam müalicə olunmayan nevroloji xəstəliklərin məsələn erkən uşaq autizmi, hiperaktivlik və diqqətin yayınması, epilepsiya, psixi inkişaf ləngimələrinin müalicəsində böyük uğurlar əldə etmək mümkündür.

Quluzadə Röyanə
Uşaq Nevropatoloqu

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər