Onları başa düşək..

Bəzi uşaqlarda görünən tutulma, təkrar və ya uzatma şəklindəki nitq qüsurları uşağınızın kəkələdiyi haqda dəqiq fikir söyləməyə əsas vermir. Siz ona kəkələyən desəniz, o da özünü kəkələyən olaraq görməyə başlayar.

İlk növbədə uşağın danışığındakı ilişmə və təkrarlar problem kimi qəbul olunmamalıdır. Uşağın danışması mükafata layiq hala gətirilməlidir. Eyni zamanda valideynlər uşaqla şəxsi fikirlərini paylaşmalıdırlar ki, o da öz fikirlərini valideynləri ilə bölüşsün. Kəkələyən uşaq normal danışan uşaqdan daha çox dinlənməyə ehtiyac duyar. O, danışarkən səbirlə dinləyin. Onu anlayan gözəl bir dinləyiciyə çevrilin.

Kəkələyən uşağın mümkün olduğu qədər əsəbləşməməsi, gərgin bir vəziyyətə düşməməsi vacibdir. Bu səbəbdən uşağın ailədaxili münaqişələrdən və gərginlikdən uzaq olmasına çalışın.

Valideynlərin nitqi hər zaman uşağa öz təsirini göstərir. Bu səbəbdən də valideynlər kəkələyən uşaqla danışarkən aşağıda sadalanan məsləhətlərə riayət etməlidir:

  1. Danışarkən uşağınızın gözlərinin içinə baxın. Göz təması uşağın özünə güvən hissini artmasına kömək edir. Göz təmasından qaçmaq isə uşağa zəif və yazıq olduğunu hiss etdirə bilir.
  2. Uşağa özünə inamı artıran fikirlər söyləməlidirlər. Ən sadə davranışlarını qiymətləndirməli və təqdir etməlidirlər. Məs: “Çox sağ ol, nə dadlı su verdin mənə!” və s.
  3. Danışarkən vaxtaşırı dayanmalıdırlar.
  4. Yavaş-yavaş danışmalıdır.
  5. Qısa, sadə cümlələr qurulmalıdır.
  6. Uşağı maraqlandıran şeylər haqqında danışmalıdırlar.
  7. Daim narahat olaraq bununlada uşağınızın inkişafını ləngitməyin. Bunun əvəzinə özünüz yavaş danışmağa çalışın və uşağınızı da tələsdirməyin.

Ailə üzvləri çalışmalıdırlar ki, aşağıda göstərilən davranışlara yol verməsinlər:

  1. Uşağın nitqini düzəltmək, uşağa və nitqinə hər zaman nəzarət etmək.
  2. Uşağın danışığına ailənin digər üzvlərinin lağ etməsi.
  3. “Rahat”, “yavaş danış” şəklində uşağın danışığına müdaxilə etmək.
  4. “Qısa cümlələr qur” kimi ifadələr işlətmək əvəzinə göstərərək nümunə olun.
  5. Uşaq pis danışdığı zaman onu cəzalandırmayın və yaxud cəzalandlrmaqla qorxutmayın.
  6. Uşağın kəkələməsi ilə bağlı onun yanında danışmayın.

Əziz valideynlər, övladınızın yaşadığı sıxıntını, əziyyəti hiss edirsiniz və onun daha rahat bir şəkildə danışaraq özünü ifadə edə bilməsi üçün əlinizdən gələni etməyə çalışırsınız…

Əgər övladınız nitqindəki qüsuru özü dərk edirsə və buna görə ünsiyyətdən çəkinirsə, ona bunun o qədər də əhəmiyyətli nöqsan olmadığını və çox adamda buna bənzər vəziyyətin olduğunu izah etməklə onu sakitləşdirməyə çalışın.

Övladınıza kömək etmək istəyirsinizsə soyuqqanlı davranın. Onun nitqini mükəmməl etmək və daim nəzarətdə saxlamaq fikrindən uzaqlaşdığınız zaman buna nail ola bilərsiniz.

Bahar Mustafayeva
“NARINC” Uşaq Psixologiya Mərkəzinin
Kəkələmə üzrə mütəxəssisi

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər