“Geyim onun şəxsiyyətinin inkişafına təsir edir..

Uşaqlar çox həssasdır. Səslər, oyuncaqlar, geyimlərlə onlar bilmədən öz şəxsiyyətini ətrafındakılara göstərir. Hər yeni seçim uşağa özünü dərk etməyə kömək edir.

Uşaq fikrini deməyi öyrənəndə geyimin köməyi ilə öz şəxsiyyətini göstərəcək. Çoxlarımıza bəllidir ki, yeniyetmələr kütlədə seçilmək və ya əksinə, özünü insanların müəyyən qrupuna uyğunlaşdırmaq üçün geyimlə təcrübə aparırlar.

Böyüklər uşağa geyim alarkən, onlara geyim seçərkən öz zövqlərini müəyyən etməyə kömək edirlər. Valideynlərin çoxu uşaqlar üçün adət edilmiş sakit rəngli geyimlərə üstünlük verirlər və ənənəvi uşaq modelləri seçirlər. Beləliklə, uşaqda öz geyim üslubu formalaşır. Cəmiyyətdə qeyri-adi ailələrə də rast gəlinir. Onlar öz uşaqlarını “qotika” və ya “pank-rok” stilində geyindirirlər. Geyimin bu stili uşağın zahiri görünüşünə zidd olur və onda öz uşaqlığı haqqında qeyri-müəyyən təəssüratlar yaradır.

İndi ən müxtəlif üslublu uşaq paltarları istehsal edilir. Bir müddət böyüklər bu müxtəlifliklər arasında öz uşağı üçün geyim seçirlər, amma uşaq böyüyəndə artıq öz geyimində valideynlərini, böyükləri təqlid etməyə başlayır. Bununla uşağın şüurunda eynilik və təkrarolunmazlıq formalaşır. Böyükləri yamsılayaraq uşaq zamanla anlayır ki, geyim şəxsiyyəti və təkrarolunmazlığı nümayiş etdirmək üsuludur. Bəzi uşaqlar anaları və ya ataları kimi geyinir, bəziləri tamamilə əks istiqamətdə geyinməyə çalışır, bəziləri isə heç geyim məsələsinin qayğısına da qalmır. Və bütün bunlar uşağın şəxsiyyətinin təzahürüdür.

Geyimin, rəngin, üslubun köməyi ilə uşağa özünü ifadə etməyə icazə vermək çox əhəmiyyətlidir. Əgər siz uşağınıza tamamilə başqa bir geyim geyindirməyə üstünlük verirsinizsə və ya onun seçdiyi geyim sizin xoşunuza gəlmirsə, siz yenə də ona sərbəst seçim imkanını yaratmalısınız.

Əlbəttə, geyim şəxsiyyətin və uşağın təkrarolunmazlığının formalaşmasında əsas amil deyil. Amma məhz geyimin köməyi ilə uşaq insanın xüsusiliyini və təkrarolunmazlığını dərk edəcək. Geyimin özünü ifadə etməyə və özünü təsdiqləməyə kömək edəcəyini anlayacaq. Böyüklər uşaq üçün geyim seçimində iştirak etməlidirlər, amma son qərarı uşaq özü sərbəst verməlidir.

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər