Uşağım və Mən

İlk addımlarını atmaq uşağınız üçün möhtəşəm bir yenilikdir. Aylarla qucaqda daşındıqdan sonra uşaq azad, arzuladığı yerə gedə bilmək üçün son dərəcə həyəcanlı olur. Ancaq bəzi uşaqlar, bu ilk həyəcanı bitdiyi zaman yeriməkdənsə qucaqda gəzməyin daha yaxşı olduğuna qərar verir. Yeriməmək üçün inad etməyə və qucaqda daşınmaq üçün israr etməyə başlayır. Bir zamanlar getmək üçün çırpınan kiçik balacanız, qıçlarınıza yapışaraq “Məni qucağına götür” deyə ağlayıb getməmək üçün nə lazımdırsa edir. Əgər belə bir vəziyyətdəsinizsə sizə bir neçə ipucu verim:

Tələsgənlik etməyin. Bunu unutmayın: uşağınızın ayaqları sizinkilərdən qısadır və sizin atdığınız addımların 2-3 mislini atmaq, yəni daha çox getmək məcburiyyətindədir. Təbii olaraq sizdən daha əvvəl yorulacaq. Mümkün olduğu qədər onun ritminə uyğun gedin və yorulmaması üçün tez-tez kiçik fasilələr verin. Uşağınız evə qədər getməməkdə israr edirsə, yolun bir qismini getsə bir qismində onu qucağınıza götürəcəyənizi söyləyin. Beləliklə, hər istədiyini etdirməyəcəyini, həm də yeriməsinin vacibliyini öyrənəcək.

Səylərini təqdir edin. Qısacıq bir məsafə belə olsa gedişini tamamladığı zaman mütləq uşağınızı təqdir edib “afərin” deyin. Artıq böyüdüyünü və getdiyiniz yerlərdə sizə kömək edəcəyini söyləyin.Yeriməyi əyləncə halına gətirin. Uşağınız gedərkən onu əyləndirmənin yollarını tapın; yolda gördüyünüz bütün heyvanları, quşları göstərin, səki daşlarının üzərinə çıxarıb düşürdün, oynadın. Mahnı oxuyaraq, ya da yolda gördüyünüz çiçəklərə baxmaq üçün dayanın, diqqətini başqa istiqamətə çəkin.Onu köməkçiniz edin. Mağazaya getdiyiniz zaman uşağınızın kömək etməsinə icazə verin. Alış-veriş siyahısının bir kopiyasını ona verin (itirmə ehtimalına qarşılıq bir siyahı da özünüzdə saxlayın). Dönərkən qırılmayacaq yüngül şeylərin olduğu bir paketi daşımasına icazə verin. Onun köməyi olmadan bu qədər şeyi evə apara bilməyəcəyinizi söyləyin.

Anarə Baxşəliyeva
PCC-nin uşaq psixoloqu

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər