Qarşımızdakılardan gözləntilərimiz

Bəzən həyat yoldaşım ilə axşam qarşılaşdıgımda mən ona gülərkən salam verdiyim halda onun asıq üzüylə qarşılaşıram. Bir gün öncə etdiyim davranış, və ya dediyim hər hansı söz ertəsi gün bir hərəkət ilə qarşıma çıxır. Mən də bu halda ya üzr istəməyə,ya da izah etməyə çalışıram.Amma şirin bir salama tərs bi reaksiya almaq heç də xoş olmur. Hamımız, xüsusilə bizə yaxın olan insanların dediyi bir sözə, etdiyi hər hansı hərəkətə təəccüblənə bilərik. “Necə ola bilər ki,bu xətanı edə bilər? Necə ola bilər hamının içində mənə qarşı səsini yüksəldə bilər?”

Bu halda problem kimdədir?

Məncə,bu halda problem nə bizdə, nə də qarşımızdakındadır: problem gözləntilərimizdədir. Bu, insanların yaxşı, ya da pis davranması da deyil. Bu bizim onların davranışlarının eksində olan gözləntilərimizdədir. Biz onların bizim istədiyimiz kimi davranmalarını istəyirik, özləri kimi yox.

Hərkəsə məsləhətim: kompüter mağazasında süd tapmadığınız üçün üzülməyin.

Həlli: Qəbul edin. Hər kəsin özünə görə bir həyatı və düşüncə tərzi olduğunu qəbul edin. İnanın bu həyatınızı daha da asanlaşdıracaq.

Hamımızın bildiyi qızıl qayda olan “Hər kəsə sənə davranmalarını istədiyin kimi davranmalısan” deyəsən artıq belə deyişib; “hər kəsə özlərinə davranılmasını istədikləri kimi davranmalısan.”

Deməli qarşımızdakıların özlərinə necə davranılmasını istədiklərini öyrənməyimiz gərkəcək. Buna görə də qarşımızdakını anlamaq və tanımaq çox önəmli bir haldır.

Bəzi mədəniyyətlərdə iclasa vaxtında gəlmək önəmlidir, bəzilərində yox. Bəzilərində danışanın sözünü kəsmək normal, bəzilərində isə deyildir. Əgər çevrəmizdəkilərin gözləntilərini başa düşsək onları həm idarə etmək asan olacaq, həm də düzgün münasibət quracayıq.

Unutmamalıyıq ki, hammız Azərbaycanda yaşamış olsaq da, fərqli ailələrdə böyüdük, fərqli müəllimlərdən dərs aldıq, fərqli xobbilərə, fərqli yuxulara sahibik.

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər