Adından göründüyü kimi rəsmlə terapiyadır. İnsanın yaradıcılıq qabiliyyətlərinin rəsmlə aşkar edilməsidir. Bu art terapiyanın fərqi və üstünlüyü odur ki, söz-söhbət , danışıq yoxdur. Rəsmlə daxilindəki hissləri, insanın təbiətində olan yaradıcı keyfiyyətlrəi, istedadını, beyindəki düçüncələri, yaşadığı bütün emosiyaları aşkar edib, inkişaf etdirən bir üsuldur.
Bu qrupa 4-14 yaş, 14-19 yaş qrup uşaqlar və gənclər üçün həm əyləncə xarakterli, həm də dünya görnüşünün inkişafıdır. Bu yaş uşaqlar öz xəyal güclərini genişlədirirlər. 80%-i özlərini kəşf edərək, həyatda düzgün mövqe tuturlar. 20%-i bu sahənin professional olmağını düşünürlər. Uşaqların düşüncə və xəyal gücləri düzgün yönləndirilərsə gələcəkləri çox parlaq olur. Gənclərin isə öz bacarıq və istedadını düzgün istiqamətə yönləndirir.
Asudə vaxtının səmərəli təşkil etməklə, zövq verdiyi işlə məşğul olaraq həyatını, mənəviyyatını zənginləşdirirlər. Stress, depressiya, qorxu, özünə qapanma, inamsızlıq, daima şübhəli yanaşma kimi hisslərini, uşaqlıqdan və ya sonra aldığı mənəvi, fiziki, psixoloji travmalarını rəsmlə məşğul olaraq içindən çıxarıb, kağıza rəsmlə tökür. Bu da onlara inanılmaz, rahatlıq və özəl hissi yaradır. O, insanların yaşam sevgisini, həyat eşqini yenidən oyanmağına 100% zəmanətli təmin edir.
Daun sindromlu, əqli inkişafdan geri qalanlar, doğuşdan vəya sonra beyin və fiziki travmalar alanlar və s. Bu qrupa aid olan istər uşaq, istər böyük insanların müalicəsi mümkündür. Önəmli olan onları dinləmək və düzgün yönləndirmək lazımdır.
Biz sıradan olan rəsm dərnəyi deyilik! Özümüzə məxsus tədris metodikalarımız var.
Biz rəsm öyrətmirik. Onlara bu sənətlə yaşamağı bəxş edirik, həyatını rəngləndiririk.
Biz incə sənət görürük, uzun-uzadı psixoloji danışıqlar etmirik!
Biz psixoloji mərkəz deyilik! Biz həyatını dəyişmək, cəmiyyətə inteqrasiya olmaq, xəyal güclərini inkişaf etdirmək və öz güvənin möhkəmləndirilmək istəyənlər üçün fəaliyyət göstəririk.
Rəsm çəkə bilib-bilməməsinin önəmi yoxdur. Yetər ki, həyatda böyük xəyalları, istək və həyacan olsun. Biz onu öz tədris metodikamızla kəşf edib, düzgün yönləndirəcəyik.
10 illik təcrüməmizə əsaslanaraq çox güclü komanda ilə başlayırıq.
Adından göründüyü kimi rəsmlə terapiyadır. İnsanın yaradıcılıq qabiliyyətlərinin rəsmlə aşkar edilməsidir. Bu art terapiyanın fərqi və üstünlüyü odur ki, söz-söhbət, danışıq yoxdur. Rəsmlə daxilindəki hissləri, insanın təbiətində olan yaradıcı keyfiyyətlrəi, istedadını, beyindəki düçüncələri, yaşadığı bütün emosiyaları aşkar edib, inkişaf etdirən bir üsuldur.